Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:49

Rusiya Ukrayna gəmilərini ‘soyub’ buraxıb?


Ukraynanın “Nikopol” döyüş gəmisi Oçakiv portuna yedəkdə gətirilib
Ukraynanın “Nikopol” döyüş gəmisi Oçakiv portuna yedəkdə gətirilib

Ukrayna dəniz donanması bildirib ki, onun Rusiya tərəfindən bir il əvvəl həbs olunmuş və noyabrın 19-da Ukraynaya qaytarılmış gəmiləri “pis vəziyyətə” salınıb və hətta dəniz portuna müstəqil şəkildə üzmək iqtidarında deyillər.

Ukrayna donanmasının vise-admiralı Ihor Voronchenko noyabrın 20-də deyib ki, salındıqları vəziyyətə görə Ukraynanın iki zirehli döyüş gəmisi və bir yedək gəmisi hazırda az sürətlə başqa gəmilər tərəfindən yedəkdə gətirilir:

"Onlar özləri üzə bilmir. Rusiyalılar onları bərbad ediblər – hətta lampaları, mühərrik qurğularını və tualetləri söküblər. Biz onların bu gəmilərə qarşı barbarizmini bütün dünyaya göstərəcəyik”.

Sözü gedən gəmilər noyabrın 20-də Mikolayiv rayonundakı Oçakiv portuna gətirilib.

Bu gəmilər bir il bundan əvvəl 2014-cü ildə qanunsuz olaraq Ukraynadan ilhaq edilmiş Krım yarımadasının yaxınlığında həbs edilmişdi.

Rusiyanın Xarici İşlər Nazirliyi noyabrın 18-də bildirmişdi ki, “gəmilərin sərhədi qanunsuz keçməsinə dair təhqiqat tam başa çatdığından Rusiyanın bundan sonra da onları saxlaması məqsədəuyğun deyil”.

Ukraynanın Müdafiə Nazirliyi iki kiçik zirehli gəminin və bir yedək gəmisinin qaytarıldığını təsdiq edib.

İki silahlı gəmi və bir yedək gəmisi 25 heyət üzvü il birlikdə 2018-ci ilin noyabrında Krım sahillərində saxlanmışdı.

Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq etmiş Moskva gəmilərin onun ərazi sularına qanunsuz girdiyini iddia edib.

Kiyev bu iddiaları rədd edirdi.

24 dənizçi sentyabrın 7-də Rusiyayla Ukrayna arasında əsir mübadiləsi çərçivəsində buraxılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG