Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Rusiya Ukrayna dənizçilərinin saxlanma müddətini uzadır


Həbs edilmiş Ukrayna dənizçilərinin bir qrupu məhkəmə qarşısında
Həbs edilmiş Ukrayna dənizçilərinin bir qrupu məhkəmə qarşısında

Moskva məhkəməsi noyabr ayında Qara dənizdə Rusiya qüvvələrinin hücumuna məruz qaldıqdan sonra saxlanmış 24 Ukrayna dənizçisindən 12-sinin məhkəməyə qədər saxlanma müddətinin uzadılması barədə qərar qəbul edib.

Yanvarın 15-də çıxardığı bir neçə hökmdə Lefortovo rayon məhkəməsi Rusiya İstintaq Komitəsinin vəsatəti əsasında Ukrayna Təhlükəsizlik Xidməti - SBU-nun zabitləri Denys Hrytsenko, Andriy Drach və 10 dənizçinin həbs müddətini aprelin 24-dək uzadıb.

Məhkəmə iclasları arasındakı fasilədə Rusiya təhlükəsizlik zabitləri onları nahara apararkən dənizçilər “Ukraynaya eşq olsun!” şüarını ucadan deyirdilər.

Məhkəmənın Ukraynanın daha 12 dənizçisi barədə buna bənzər hökm elan edəcəyi gözlənilir.

Rusiya sahil keşiyi qüvvələru noyabrın 25-də Qara dənizi Azov dənizi ilə birləşdirən Kerç boğazında Ukraynaya məxsus üç gəmini atəşə tutmuş və onların heyətlərini həbs etmişdilər.

Moskva Ukrayna gəmilərinin Rusiyanın ərazi sularına icazəsiz daxil olduğunu iddia edir.

Sərhədi qanunsuz keçməkdə ittiham olunan dənizçiləri 6 ilədək həbsxana cəzası gözləyə bilər.

Bu məhkəmə qərarlarından 5 gün əvvəl Avropa İttifaqı Moskvanı Ukrayna gəmilərini və dənizçilərini azad etməyə çağırmışdı. Brüssel bildirir ki, dənizçilərin, habelə ilhaq edilmiş Krım ərazisində başqa ukraynalıların həbs edilməsi qanunsuzdur.

Birləşmiş Ştatlar və Qərb ölkıələri də Ukrayna dənizçilərinin azad olunmasını tələb edirlər. ABŞ milli təhlükəsizlik müşaviri John Bolton dekabrda demişdi ki, Moskva Ukrayna dənziçilərini məhbusluqda saxladıqca Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti arasında heç bir əsaslı görüş ola bilməz.

Ukraynanın şərqindəki separatçılara silah və canlı qüvvə ilə dəstək verən Moskva Ukraynanın daxili işlərinə qarışmadığını iddia edir. Lakin Beynəlxalq Cinayətlər Məhkəməsi 2016-cı ilin noyabrında Ukrayna münaqişəsinin Rusiya Federasiyası və Ukrayna arasında getdiyi barədə qərar qəbul edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG