Keçid linkləri

2025, 14 Fevral, Cümə, Bakı vaxtı 10:09

Araşdırma: Ukrayna Rusiyanı aviasiya ehtiyat hissələri ilə təchiz edir?


Ukraynanın Motor Siç şirkətinin aviasiya mühərriki (Arxiv fotosu)
Ukraynanın Motor Siç şirkətinin aviasiya mühərriki (Arxiv fotosu)

Rusiyanın Ukraynaya tammiqyaslı hücumu başlanandan bəri Ukraynanın “Avia FED Servis” şirkəti Rusiyanın aviasiya sənayesini ən azı 650 milyon rublluq (7.3 milyon dollar) ehtiyat hissələri ilə təchiz edib.

“Vajnıye istorii” və Korrupsiya və Mütəşəkkil Cinayətkarlığı Araşdırma Təşkilatının (OCCRP) birgə araşdırmasına görə 370 milyon rublluq ehtiyat hissələri bilavasitə Ukraynadan gəlib.

Jurnalistlər gömrük bəyannamələrinə görə aşkar ediblər ki, “Avia FED Servis” 2022-ci ilin fevralından 2023-cü ilin iyulunadək Xarkov maşınqayırma zavodunun məhsulu olan An-124 təyyarələrinin təmiri üçün 120 milyoin rublluq, Kiyevin Radar zavodunun istehsalı olan Ka-32 helikopterlərinin lokasiya stansiyaları üçün 67 milyoin rublluq, Ukraynanın başqa müəssisələri üçün 170 milyon rublluq ehtiyat hissələri idxal edib.

Bu da bildirilir ki, “Avia FED servis” Ukrayna məhsullarından başqa Fransa, ABŞ və Britaniyadan da ehrtiyat hissələri alıb.

Rusiyanın “Avia FED servis” şirkəti 2003-cü ildə Xarkov maşınqayırma zavodunun nümayəndəliyi kimi təsis edilib.

Hazırda bu şirkətin rəhbəri Luhanskda doğulmuş Aleksandr Reşetnikdir.

“Dünyanın istənilən nöqtəsinə”

Dövlət sifarişləri sənədlərindən məlum olur ki, “Avia FED servis” şirkətinin müştəriləri Rusiya Müdafiə Nazirliyinin müəssisələri, Rostex dövlət korporasiyası və Rusiya prezidentinin xüsusi aviasdəstəsidir.

2014-cü oildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Xarkov maşınqayırma zavodu Rusiya nümayəndələyinin təchizatını dayandırıb . 2018-ci ildə isə “Avia FED Servis” şirkəti Ukraynanın sanksiya siyahısına salınıb.

Amma təhqiqat jurnalistləri bildirirlər ki, buna baxmayaraq Rusiya aviasiya sənayesinin Ukraynadan komplektləşdirici hissələrin idxalı dayanmayıb.

“Avia FED servis” şirkətinin təsisçiləri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Linker adlı şirkəti qeydiyyatdan keçiriblər.

Bu şirkət Mi-8, Mi-17, Ka-32 helikopterləri üçün ehtiyat hissələrini “dünyanın istənilən nöqtəsinə çatdırmaq” üzrə ixtisaslaşıb.

Ukraynalı biznesmenlər

Təhqiqatçılaırn məlumatına görə bu şirkətin müdiri əslən Ukraynanın Çerniqov vilayətindən olan Andrey Kurtadır. Şirkətin daha bir sahibi ukraynalı Aleksey Palçikdir.

Linker Ukrayna istehsalı olan məhsulları, o cümlədən Motor Siç şirkətinin məhsullarını alırdı.

Motor Siç şirkətinin direktoru Vyaçeslav Boquslayev 2022-ci ilin oktyabrında Rusiyaya hücum aviasiyası üçün malların satılması şübhəsi ilə saxlanaraq dövlətə xəyanətdə ittiham olunmuşdu.

Təhqiqatçılar Linkerə yaxın internet saytında Amis şirkəti barədə də məlumat görüblər.

Bu saytda deyilir ki, Amis Motor Siç şirkətinin BƏƏ-dki rəsmi nümayəndəliyidir.

Linker “Avia FED servis” şirkəti üçün son təchizatı 2023-cü ilin yanvarında həyata keçirib.

Bundan sonra “Avia FED servis” Rusiya aviasiyasını ehtiyat hissələri ilə Qırızıstanın “Bakaytorq1” şirkəti vasitəsilə reallaşdırnmağa başlayıb.

Şirkətlər danırlar

“Vajnıye istorii” üçün şərhində “Avia FED servis” şirkətinin direktoru Aleksandr Reşetnik iddia edib ki, onun Rusiya müştərilərinə 2022-2023-cü ildə satdığı məhsullar 2020-2021-ci illərdə alınıb və artıq “xaricdəki anbarlarda” idi.

Linker şirkətinin sahibi Aleksey Palçik jurnalistlərlə söhbətində deyib ki, onun şirkəti Ukraynadan Rusiya üçün heç bir mal almayıb və almır.

Qırğızıstanın Bakaytorq1 şirkəti təhqiqatçılarla əlaqəyə çıxmayıb.

"Vajnıye istiorii” bundan əvvəl yazmışdı ki, Rusiya şirkətləri 2022-ci ilin martından 2023-cü ilin martınadək Boeing və Airbus təyyarələri üçün sanksiyalardan yan keçərək 18 milyard rublluq (189 milyon dollar) ehtiyat hissələri alıb. Üstəlik bu şirkətlərin arasında ABŞ və Aİ vahidləri də olub.

The New York Times qəzeti may ayında yazırdı ki, Rusiyaya qarşı sanksiyalara baxmayaraq 2022-ci illərdə bu ölkəyə Qərbi Avropa və ABŞ şirkətlərinin milyonlarla dollarlıq malları gətirilib.

Rusiyanın Ukraynaya qarşı təcavüzü başlanandan bəri ABŞ və Avropa İttifaqı Rusiyaya təyyarələrin və onlar üçün ehtiyat hissələrin ixracını qadağan ediblər.

XS
SM
MD
LG