Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 01:39

Rusiya Türkiyəyə növbəti S-400 zenit-raket kompleksləri göndərdi


Rusiya Türkiyəyə S-400 raket kompleksləri göndərib. 12 iyul, 2019
Rusiya Türkiyəyə S-400 raket kompleksləri göndərib. 12 iyul, 2019

Türkiyənin müdafiə nazirliyi iyulun 14-də özünün Tvitter səhifəsində, 5-ci və 6-cı Rusiyya nəqliyyat təyyarələrinin Ankara yaxınlığındakı Mürtet hava bazasına endiklərini yazıb.

Bu barədə AP və dpa agentliklərinə istinadla iyulun 14-də AzadlıqRadiosu da məlumat yayıb.

Nazirliyin məlumatına görə, yaxın saatlarda hava bazasına Rusiyadan daha iki təyyarə gəlməlidir.

Türkiyəyə S-400 raketlərinin göndərilməsinə iyulun 12-dən başlanıb.

Rusiya təyyarələri Türkiyəyə ilk S-400 raketlərini gətirir, 12 iyul, 2019
Rusiya təyyarələri Türkiyəyə ilk S-400 raketlərini gətirir, 12 iyul, 2019

ABŞ Rusiyaya qarşı sanksiyalar paketi tətbiq edir.

ABŞ yaxın günlərdə Türkiyəyə qarşı sanksiyalar paketi qəbul edəcək.

Bu barədə iyulun 14-də “Bloomberg” öz mənbələrinə istinadla məlumat yayıb.

Buna səbəb, Türkiyənin Rusiyadan S-400 hava hücumlarından müdafiə sistemi almasıdır.

Mənbələrin məlumatına görə, prezident Donald Trump-ın müşavirlər komandası Türkiyəyə qarşı 3 sanksiyalar paketinə baxıb.

Amma onların məhz hansı tədbirlər üzərində dayandıqları hələlik açıqlanmır.

Hazırda plan prezident Donald Trump-ın təsdiqini gözləyir.

Rusiya ilə Türkiyə bu müqaviləni 2017-ci ildə imzalayıblar. Sövdələşmənin dəyəri 2,5 milyard dollardır.

ABŞ buna görə Türkiyəyə 5-ci nəsl F-35 qırıcı təyyarələrinin satışını dayandırıb.

Amma Türkiyə prezidenti Racep Tayyip Erdogan Ankaranın bu təyyarələri almaqda hələ də maraqlı olduğunu bildirir.

Amma deyir ki, S-400 raket sistemləri ölkənin milli təhlükəsizlik məsələsi olduğundan bu sövdələşmədən vaz keçməyəcək.

ABŞ və NATO bundan əvvəl dəfələrlə deyirlər ki, Rusiya istehsalı olan S-400 zenit-raket kompleksi F-35 təyyarələri barədə məxfi informasiyalar əldə edə bilər . Bundan başqa həmin kompleksləri NATO ordusuna uzlaşdırmaq mümkün deyil.

Türkiyə prezidenti Racep Tayyip Erdogansa dəfələrlə bəyan edib ki, Ankara Rusiya ilə sövdələşmədən imtina etməyəcək.

Son vaxtlar ABŞ-la Türkiyə arasındakı münasibətlərin gərginləşdiyi müşahidə olunur.

XS
SM
MD
LG