Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:11

ABŞ-ın Rusiyanın ‘troll fabrikinin’ internetini blokladığı xəbər verilir


Sankt Peterburq şəhərindəki İnternet Araşdırmaları Agentliyi
Sankt Peterburq şəhərindəki İnternet Araşdırmaları Agentliyi

ABŞ-ın kibertəhlükəsizlik agentlərinin Sankt Peterburq şəhərindəki İnternet Araşdırmaları Agentliyinin internetə çıxışını blokladıqları xəbər verilib.

Rusiyanın bu qurumunu Qərbdə “troll fabriki” adlandırırlar. ABŞ kəşfiyyatı təşkilatın Birləşmiş Ştatların 2018-ci il aralıq seçkilərini təsirləndirmək istədiyini ehtimal edir. Bu barədə xəbəri fevralın 26-da The Washington Post qəzeti verib.

Qəzet adları çəkilməyən mənbələrə istinadən yazır ki, ABŞ Kibernetik Komandanlığı “troll fabrikinin” internetə çıxışını kəsibmiş.

Bu təşkilatın habelə Rusiyanın 2016-cı il ABŞ prezident seçkisinə müdaxiləsində və Avropa ölkələrindəki seçkiləri təsirləndirməsində alət olduğu düşünülür.

2018-ci ildə ABŞ-da böyük jüri İnternet Araşdırmaları Agentliyinə və Rusiya oliqarxlarından Yevgeny Progozhin-ə aid olduğu deyilən daha iki firmaya qarşı ittiham irəli sürüb.

Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini xüsusi prokuror Robert Mueller araşdırır.

ABŞ kəşfiyyatı inanır ki, İnternet Araşdırmaları Agentliyi tapşırıqlarını birbaşa Rusiya xüsusi xidmətlərindəbn alır.

The Washington Post qəzetinin yazdığına görə Sankt Peterburqdakı agentliyin internetə çıxışı ABŞ-da noyabr ayında keçirilmiş seçkinin günündə və bunun ardınca daha bir neçə gün ərzində bloklanıbmış.

Bundan məqsəd agentliyi dezinformasiya yaymaq və seçkinin nəticələrinə təsir göstəmək imkanınan məhrum etmək olub.

2018-cin ilin sonlarında ABŞ Kibernetika Komandanlığı Monteneqro, Makedoniya və Ukraynaya hərbçilər göndərmişdi. Onlar bu ölkələrə kibermüdafiə dəstyi verməli və Rusiyanın hərbi kəşfiyyatından qaynaqlandığı düşünülən ziyanlı proqramların nümunələrini toplamalı idilər.

ABŞ hərbiyyəisnin adı çəkilməyən bir rəsmisi The Washington Post qəzetinə deyib ki, “biz nəhayət bu oyuna girdik”.

2018-ci ilin oktyabrında The New York Times qəzeti yazırdı ki, Kibernetika Komandanlığı Rusiyanın casuslarına birbaşa mesajlar göndərib. Bu mesajlarda onlara aşkarlandıqları və müşahidə altında olduqları bildirilirdi.

Kibernetika Komandanlığı 2009-cu ildə yaradılıb və Milli Təhlükəsizlik Agentliyi ilə eyni qərargahda yerləşir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG