Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:29

Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ təyyarəsinə təhlükə yaradıb (VIDEO)


ABŞ hərbi hava donanmasının internetdə yaydığı videoda onun təyyarələrindən birinin Qara dəniz üzərindəki beynəlxalq hava məkanında Rusiya qırıcısı tərəfindən izləndiyi görünür.

Bu video ilə birlikdə yayılmış bəyanatda Rusiyanın Su-27 qırıcısı və ABŞ-ın EP-3 Aries elektron və kəşfiyyat təyyarəsi arasında baş vermiş insidentdə Rusiya tərəfinin “məsuliyyətsiz” və “təhlükəli” hərəkəti pislənir. Bəyanatda deyilir ki, Rusiya qırıcısı “yüksək sürətlə ABŞ təyyarəsinin düz qarşısından keçib”.

Bəyanatda deyilir: “Su-27 ABŞ təyyarəsinin qarşısından təkrar şığıyıb, ER-3 təyayrəsinə yaxınlaşıb və dönüb gedərkən forsajlarını işə salıb”.

Bəyanatda təqibin 25 dəqiqə çəkdiyi deyilir.

Vaşinqtondakı Rusiya səfirliyinin yaydığı tvitdə deyilir ki, Rusiya təyyarəsi “Ruisiyanın hava sərhədinin pozulmasının qarşısını alıb və bütün təhlükəsizlik prosedurlarına riayət edib”.

Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, bu insident noyabrın 5-də saat 10 radələrində baş verib.

AzadlıqRadiosu yazır ki, Moskva özünün dirçəlməkdə olan hərbi qüdrətini nümayiş etdirməyə başlayandan bəri Rusiya təyyarələri ilə, ABŞ və NATO təyyarələri arasında insidentlərin sayı xeyli artıb.

Belə insidentlər Rusiya və Qərb arasında onsuz da yaxşı olmayan münasibətləri daha da pisləşdirir.

Ötən sentyabrda ABŞ hərbi hava qüvvələrinin qırıcıları ABŞ-ın Alyaska ştatının qərbində Rusiyanın iki uzaqmənzilli bombardmançı təyyarəsini aşkar etdikdən sonra Pentaqon Moskvaya rəsmi etiraz vermişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG