Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 06:39

Suriyada Rusiyanın hərbi təyyarəsi vurulub (VIDEO)


Su-25 (Foto arxivdəndir)

Suriyada hökumətə qarşı döyüşən qiyamçılar Rusiya hərbi təyyarəsini vurduqlarını iddia ediblər.

Pilotun katapult etdiyi və ağır yaralandığı xəbər verilir. Rusiyanın Rossia 24 telekanalı xəbəri təsdiq edib, təyyarənin zenit-raket qurğusundan vurulduğunu, pilotun isə “terrorçularla döyüşdə həlak olduğunu” bildirib.

Təyyarənin hansı qiyamçı qruplaşma tərəfindən vurulduğu naməlumdur, lakin bu ərazidə cihadçı Hayat Təhrir əş-Şəm qrupunun fəal olduğu bildirilir.

Rusiyan hərbi müxbirlərindən Aleksandr Kots sosial mediada Su-25 təyyarəsinin vurulduğu yerdə qiyamçıların yığışdığını göstərdiyi bildirilən videonu yerləşdirib.

Rusiyada mənzillənmiş müstəqil Conflict Intelligence Team internetə onların dediyinə görə pilotun cəsədini göstərən fotoları qoyub. Sayt pilotun mayor Roman Filipov olduğunu xəbər verir. Bu da qeyd olunur ki, pilotun cibindən tapılmış sənəddə onun Rusiya hərbi-hava qüvvələrinin Suriya qrup komandanı polkovnik-leytenant Sergey Aksyonov tərəfindən dövlət mükafatına tövsiyə edildiyi görünür.

Rusiya Suriyada prezident Assad-ın müttəfiqi kimi 2015-ci ildən hava kampaniyası aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG