Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:54

Moskva Vaşinqtonun məzəmmətinə sərt reaksiya verir


ABŞ-ın EP-3 müşahidə təyyarəsi (Foto arxivdəndir)
ABŞ-ın EP-3 müşahidə təyyarəsi (Foto arxivdəndir)

Moskva Qara dəniz üzərində baş vermiş hava insidenti ilə bağlı Birləşmiş Ştatlar tərəfindən məzəmmət olunduqdan sonra danışıqlardakı mövqeyini sərtləşdirib. Bu insident zamanı Rusiyaya məxsus qırıcı təyyarə ABŞ-ın müşahidə təyyarəsinin 1, 5 metrliyindən uçmuşdu.

İnsidentdən üç gün sonra Rusiyan Müdafiə Nazirliyi iddia edib ki, hadisə zamanı ABŞ təyyarəsi üçün heç bir təhlükə olmayıb.

Bəyanatda deyilir ki, Rusiya qırıcısının yanvarın 29-da etdiyi manevrlər tamamilə standart və legitim olub, habelə ABŞ-ın müşahidə təyyarəsi üçün heç bir təhlükə təşkil etməyib.

VIDEO: ABŞ 6-cı Donanmasının təqdim etdiyi görüntülər

Moskva bir az da rişxəndlə bəyan edib ki, Krım indi Rusiya torpağıdır və ABŞ təyyarələri burada Ukrayna yox, Rusiya təyyarələri ilə rast gələ biləcəklərini gözləməlidirlər.

Nazirliyin bəyanatına baxmayaraq yalnız bir neçə ölkə Krımı Rusiyanın ərazisi kimi tanıyır.

Yanvarın 29-da baş vermiş insident Rusiya qırıcılarının ABŞ və NATO təyyarələrinə və gəmilərinətəhlükəli yaxınlaşdığı hadisələrdən yalnız biridir.

Vaşinqton bildirib ki, yanvarın 29-da baş vermiş insident zamanı Rusiyanın Su-27 qırıcısı “təhlükəli manevr” edərək bilavasitə ABŞ təyyarəsinin qabağında uçmağa başlayıb.

Bundan bir neçə saat sonra ABŞ Dövlət Departamenti Rusiyaya havada təhlükəli hərəkətlərə yol verməyi dayandırmağa çağırıb.

ABŞ Hərbi Hava Donanması bildirib ki, Rusiya təyyarələri “beynəlxalq standartlar” çərçivəsində hərəkət etməlidirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG