Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Rusiya, Tacikistan və Özbəkistan Əfqanıstanla sərhəddə təlimlər keçirir


Tacikistanda hərbi təlimlər
Tacikistanda hərbi təlimlər

Təlimlər Əfqanıstanla sərhəddə yerləşən Tacikistanda keçirilir.

Buna səbəb, Taliban hərəkatının, beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra, qəflətən bu ölkədə güclənməsidir.

Hazırda Əfqanıstan ərazisinin xeyli hissəsi talibançıların nəzarətindədir.

Rusiya Müdafiə Nazirliyi mərkəzi hərbi dairəsinin mətbuat mərkəzindən verilən məlumata görə, hərbi təlimlərə ümumilikdə 2,5 mindən çox canlı qüvvə və 500-dək hərbi texnika cəlb olunub.

Qeyd edək ki, Rusiyanın Tacikistanda 201 saylı hərbi bazası var.

Rusiya həmçinin hava hücumlarından müdafiəni gücləndirmək üçün Qırğızıstan və Tacikistandan bir neçə Su-25 təyyarəsi də gətirib.

Təlimlər təxminən Əfqanıstan sərhədinin 20 kilometrliyindəki “Hərb-Meydan” poliqonunda keçirilir.

Təlimlərdə düşmən hücumlarının tanklar və dronlarla qarşısının alınması məşq ediləcək. Məqsəd, yaraqlıların qonşu Əfqanıstandan Tacikistana soxulmasının qarşısını almaqdır.

Taliban Əfqanıstan ərazisinin xeyli hissəsini ələ keçirib.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Əfqanıstandan çıxarılması rəsmi olaraq avqustun 31-dək başa çatdırılmalıdır.

ABŞ və NATO qüvvələri bu ilin mayından Əfqanıstanı tərk etməyə başlayıb.

Taliban hərəkatının yaraqlıları bundan sonra hökumət qüvvələrinin mövqelərinə hücuma keçərək, bir neçə vacib sərhəd məntəqəsi və magistral yol da daxil olmaqla ölkə ərazisinin xeyli hissəsini ələ keçiriblər

Kütləvi İnformasiya vasitələrinin məlumatına görə, hazırda Əfqanıstanın 100-dən çox rayonu Talibanın nəzarətindədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG