Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:01

Zelenskiy Rusiya kanallarının gözündən niyə düşdü?


Vladimir Solovyov
Vladimir Solovyov

AzadlıqRadiosunun müxbiri Dariya Əlizadə yazır ki, Ukrayna prezidenti seçkilərində qalib gəlmiş namizəd seçki kampaniyasının əvvəllərində Rusiya telekanallarında əsasən “müsbət qəhrəman” idi.

Lakin indi Rusiya televiziyaları Zelenskiy barədə son illərdə Petro Poroshenko barəsində olduğu qədər sərt danışır.

Ötən bazar günü Vladimir Solovyov öz proqramını belə başlayıb:

"Ukraynada yeni serial başlanır: biz ona necə inandıq, necə seçdik və o öz populyarlığını hansı sürətlə itirəcək?”

Amma ikicə həftə bundan əvvəl Rusiya televiziyasının ən ziddiyyətli aparıcılarından biri Zelenskiyə münasibətdə xeyli rəğbətli səslənirdi.

Məsələn aprelin 4-də Solovyov “Kim əleyhinədir” proqramının efirində öz qonaqları ilə Ukraynadakı seçkinin namizədləri arasında söz müharibələrinin videokliplərini nümayiş etdirirdi:

"Bu bir tərəfdən Hollivuddur, amma digər tərəfdən “Dovjenko” adına kinostudiya, 1978-ci il, hələ bir musiqi də səsləndirirdilər. Əslində Zelenskiy Ukrayna siyasi reallığının inkişafında növbəti mərhələdir”.

Zelenskiy Rusiya telekanallarında uzun müddət “müsbət qəhrəman” kimi qalırdı.

Onun Rusiyaya yaxın olduğunu, onunla dialoq aparıla biləcəyini, ona qarşı Poroshenko tərəfindən “iyrənc kampaniya” aparıldığını deyirdilər.

Şoumenin debatlarda yaxşı çıxış etdiyini hətta başqa bir iqtidaryönlü aparıcı – Dimitry Kiselyov da etiraf edirdi.

"Zelenskiy Poroshenko-nu sözün əsl mənasında dizi üstdə qoydu. Tribunalar isə “Zelenskiy, Zelenskiy” qışqırırdılar”.

Lakin aprelin 21-də, bazar günü, exit-polların nəticələri və ilkin rəsmi nəticələr elan ediləndə və Zelenskiy Donbasdakı vəziyyətə dair ilk bəyənatlarını verəndə Rusiya kanallarının ritorikası dəyişildi.

Qələbəsini elan edən Zelenski seçicilərə: 'Peşman olmayacaqsız'
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Rusiya hökumətinin 1-ci kanalında iqtidarın ruporu olan davakar “Zaman göstərər” proqramının keçmiş aparıcısı, hazırda isə Dövlət Dumasının vəzifəli deputatı Pyotr Tolstoy özünün yeni bazar gecəsi proqramında deyirdi:

“Burda müsbət bir şey yoxdur. Kampaniyanın yaxşılığı onda idi ki, o aydın bir söz demədi. Bu bir boşluğun kampaniyası, heç nə idi”.

Tolstoy davam edirdi:

"Soruşursan ki, səs verdikləri adamın komandası necədir, cavab verə bilmirlər. Soruşursan ki, onun ilk addımları necə olacaq, yenə də cavab verə bilmirlər. Və bütün Ukrayna dəlicəsinə sevinir. Nəyə?”

Kiselyov da Ukrayna seçkisindən məyusluqla danışıb:

"Namizədlərdən heç biri ölkənin ən sərt böhrandan çıxışı üçün yol göstərmədi. Bunu gözləmək də mənasız idi. Hər şey tamaşaya hesablanmışdı”.

Olga Skabeyeva
Olga Skabeyeva

Başqa bir telesima - Olga Skabeyeva isə deyib:

"İndi Ukraynaya təlxək, komediya artisti, şoumen rəhbərlik edəcək, Roshen şokolad mağazalarını isə konsert zalları, müzik-hollar və kabare əvəzləyəcək”.

Rusiya federal telekanallarının Ukrayna seçkisi barədə yeni versiyası belədir:

“Zelenskiy-ə səs verməyiblər, Poroshenko-nun əleyhinə səs veriblər. İndi ukraynalılar tezliklə təzə seçilmiş prezident barədə bütün həqiqəti biləcək və çox məyus olacaqlar”.

Əlizadə məqalənin sonunda yazır: Rusiya KİV-lərində bu versiyanın nə qədər sürəcəyini isə doğrudan da “Zaman” göstərəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG