Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Rusiya Telegram-ın blokunu açacaq, onsuz da 30 milyon rusiyalı ondan istifadə edir


Rusiyada kommunikasiya və kütləvi informasiya vasitələrinə nəzarət edən dövlət qurumu Roskomnadzor bildirib ki, ölkə ərazisində Telegram messencerinin blokunu açacaq.

Agentliyin saytında dərc edilmiş məlumatda deyilir ki, blokun açılmasına dair Baş Prokurorluqla razılaşma əldə olunub.

Məlumatda bu da qeyd olunur ki, bu addımda Telegram-ın təsisçisinin “terrorizm və ekstremizmlə mübarizə sahəsində gördüyü tədbirlər” əsas rol oynayıb.

Telegram messenceri Rusiyada 2018-ci ilin aprelində bloklanmışdı. Buna səbəb Telegram-ın istifadəçilərin yazışmasının açılması üçün şifrə açarlarının Rusiya Federal Təhlükəsizlik Xidmətinə verməkdən imtina etməsi idi.

Roskomnadzor bu məqsədlə bir neçə milyon IP-nı bloklamışdı. Rusiyada hətta Amazonun şəbəkəsindəki IP-lər də bloklanmışdı. İddia edilirdi ki, bir çoxları blokdan yan keçmək üçün məhz həmin şəbəkələrdən istifadə edir.

Lakin bütün bloklama cəhdlərinə baxmayaraq Rusiya dövləti bu tədbiri həyata keçirə bilməyib və messencer bütün bu müddət ərzində Rusiya ərazisində də normal işləyib.

Durovun özü nə deyir

Messencer xidmətinin təsisçisi Pavel Durov Rusiyadakı “Açıq media” portalının bu barədə sualına cavab verərkən deyib ki, Telegram-ın blokunun qaldırılması onun iki həftə bundan əvvəl Moskvaya verdiyi izahatla bağlıdır.

Durov bildirib ki, o, Rusiyanın hakimiyyət orqanlarına Telegram-ın terrorçuluq və ekstremizmlə mübarizə üçün gördüyü tədbirlər barədə məlumat verib.

O iyunun 4-də Rusiya hökumətini messencerin açılmasına çağırmış və bunu da bildirmişdi ki, Rusiyada 30 milyon insan onsuz da Telegram-dan istifadə edir.

AzadlıqRadiosunun Rus xidməti RBK agentliyinə istinadən xəbər verir ki, Telegram-ın açılmasına dair danışıqları bu sahə üzrə məmurlar və prezident administrasiyasının nümayəndələri aparırdılar.

RBK-nın müsahiblərindən biri deyib ki, Rusiya Telegram-ın blokunu qaldırmaqla öz imicini yaxşılaşdırmağa çalışır: “Yəni görürsünüzmü, yaxşı biznesmenlər vətənə qayıdırlar”.

Lakin Kremlə yaxın mənbələrdən biri RBK-ya deyib ki, Telegram mesenceri koronavirus pandemiyası şəraitində regional operativ qərargahların işinə müsbət təsir göstərib.

Əsas səbəb kriptovalyuta planları olub?

Rusiyada Telegram messenceri rəsmən 2018-ci ilin 13 aprelində bloklanmışdı.

O vaxt FTX Telegram-dan 3 aprel 2017-ci ildə Peterburq metrosunda partlayış işi üzrə keçənlərin məlumatlarını tələb etmişdi.

Bəzi məlumatlara görə bundan imtina edən Telegram 800 min rubl məbləğində cərimələnmişdi.

Telegram Messenger LLP şirkəti Britaniyada qeydiyyatdan keçib.

Amma 2018-ci ildə terror şübhəlilərinin danışıqları Telegram-dan tələb ediləndə sözü gedən şübhəlilər artıq həbs olunmuşdular və üstəlik onların Telegram-dan yox, WhatsApp-dan istifadə etdiyi məlum olmuşdu.

Bu səbəddən də bəzi mülahizələrə görə Telegram-ın bloklanmasına əsas səbəb onun təsisçisi Pavel Durovun kriptovalyuta buraxmaq niyyəti olub.

Telegram təsisçisinin bu planlarını ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə komissiyasının qərarı dayandırıb.

Durov bu qərarı məhkəmə müstəvisində ləğv etdirmək istəsə də uğur qazana biməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG