Keçid linkləri

2024, 14 Sentyabr, şənbə, Bakı vaxtı 22:56

Rusiyanın Suriyadakı hərbi dəniz bazasının lisenziyası 49 il müddətinə uzadıldı


Rusiyanın Kuznetsov təyyarədaşıyanı Tartus bazasında (Foto arxivdəndir)
Rusiyanın Kuznetsov təyyarədaşıyanı Tartus bazasında (Foto arxivdəndir)

Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması Rusiyanın Tartus portundakı hərbi dəniz bazasının lisenziyasının 49 il müddətinə uzadılmasına dair Suriya ilə Moskva arasında bağlanmış sazişi ratifikasiya edib.

AzadlıqRadiosu xatırladır ki, Dövlət Dumasında dekabrın 21-də qəbul edilmiş bu qərardan bir həftə əvvəl prezident Vladimir Putin Suriyada olmuş və öz ölkəsinin buradakı qoşunlarının “əhəmiyyətli hissəsinin” vətənə qayıtması üçün əmr vermişdi. Amma Tartus bazasının lisenziyasının daha yarım əsr uzadılması Moskvanın bu ölkədəki hərbi mövcudiyyətini hələ uzun müddətdə saxlamaq istədiyini göstərir.

Parlamentin yuxarı palatası Federasiya Şurasının üzvü Frants Klintseviç Interfax agentliyinə deyib ki, yuxarı palata da bu sazişi dekabrın 26-da ratifikasiya edəcək.

Rusiya 2015-ci ildən bəri Suriya prezidenti Bashar al-Assad-ın qüvvələrini dəstəkləyib və Suriya münaqişəsinə hərbi müdaxilə etməklə bu ölkədəki qüvvələr balansını Dəməşqin xeyrinə dəyişib.

Rusiya burada İslam Dövləti ekstremist qruplaşmasına qarşı mübarizə apardığını deyir. ABŞ qüvvələri Suriyada anti-Assad qiyamçıları dəstəkləyir.

Dekabrın 21-də ratifikasiya olunmuş saziş Rusiyaya Aralıq dənizindəki Tartus bazasında nüvə yanacaqlı gəmilər də daxil, 11 hərbi gəmi saxlamaq imkanı verəcək.

XS
SM
MD
LG