Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 05:22

Rusiya tarixçilərinin 81 faizi dövlətin ‘tarix siyasətindən’ narazıdır


The Economist jurnalının üz qabığı
The Economist jurnalının üz qabığı

Rusiyada tarixçilərin 81 faizi dövlətin bugün apardığı tarixçilik siyasətindən narazıdır.

Bunu Rusiya Azad Tarix Cəmiyyətinin Vətəndaş Təşəbbüsləri Komitəsinin dəstəyi və Levada analitik mərkəzinin köməyi ilə apardığı sorğunun nəticələri göstərib.

Rəyi soruşulanların 44 faizi dövlətin tarixçilik siyasətindən “tamamilə narazıdır”, 37 faiz isə hardasa elə belə hesab edir.

Tarixçilərin yalnız 10 faizi suala cavab verməkdə çətinlik çəkib.

“Tamamilə razıyam” variantını respondentlərdən heç biri seçməyib.

Tarixin dərslərindən yanlış nəticə

Respondentlərin əksəriyyətinin qənaətinə görə Rusiya dövlətinin hazırkı tarxişünaslıq siyasəti “Rusiyanın xüsusi bir yola malik olduğu barədə fikrin formalaşdırılmasına” xidmət edir.

Belə bir rəyi sorğuda iştirak edən tarixçilərin 61 faizi verib.

Daha 59 faiz isə düşünür ki, Moskvaının tarixçilik siyasətindən məqsəd “hazırkı daxili və xarici siyasətə haqq qazandırılmasıdır”.

Rəyi soruşulanların yarısı düşünür ki, “cəmiyyət və dövlət tarixin dərslərini adətən lazımınca nəzərə almırlar”.

Daha 44 faiz isə bu qənaətdədir ki, “cəmiyyət və dövlət tarixin dərslərindən adətən yanlış nəticə çıxarırlar”.

Azad Tarix Cəmiyyəti (ATC) bu sorğu ilə birinci dəfə deyildir ki, dövlətin tarix sahəsindəki siyasətini tənqid edir.

Nazirin dissertasiyası

ATC vaxtilə keçmiş mədəniyyət naziri Vladimir Medinsky-nin “Maraqlı tarix” məqaləsi ilə bağlı xüsusi bəyanat verib.

Bəyanatda deyilirdi ki, Medinsky-nin elmi dissertasiyası ATC üzvlərində tarix elminin gələcəyi üçün narahatlıq yaradıb:

"Bu məqalə “tarixçilik siyasətinə” əsaslı təsiri olan məmur tərəfindən yazılıb. Nazir öz dissertasiyasına mənbələrlə işləməyi bacarmaması ilə bağlı iradlardan yan keçib”.

ATC 2014-cü ildə humanitar elmlər sahəsində çalışan 16 alim tərəfindən təsis edilib.

Onların arasında Medinsky-nin köhnə opponenti, Rusiya Dövlət Arxivinin elmi rəhbəri Sergei Mironenko, Rusiya EA-nın müxbir üzvü, EA Ümumi Tarix İnstitutu qədim sivilizasiyaların müqayisəli öyrənilməsi şöbəsinin elmi rəhbəri Askold Ivanchik və Rusuiya EA-nın müxbir üzvü, Ali İqtisad Məktəbinin professoru Pavel Uvarov da var.

ATC vaxtilə Rusiyada həbsxanada olan Ukrayna rejissoru Oleh Sentsovun müdafiəsinə qalxmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG