Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:50

ABŞ Rusiyanın Talibana silah verməsi xəbərlərindən narahatdır


ABŞ müdafiə naziri Jim Mattis (sağda) və Əfqanıstandakı ABŞ qoşunlarının komandanı general John Nicholson Kabulda
ABŞ müdafiə naziri Jim Mattis (sağda) və Əfqanıstandakı ABŞ qoşunlarının komandanı general John Nicholson Kabulda

ABŞ müdafiə naziri Jim Mattisin Əfqanıstana səfəri etdiyi bir vaxtda Amerika rəsmilərindən biri Rusiyanın Taliban döyüşçülərinə silah verdiyini deyib.

Əfqanıstandakı ABŞ qoşunlarının komandanı general John Nicholson aprelin 24-də Kabulda Mattislə birgə keçirdiyi mətbuat konfransında deyib ki, o, “Rusiyanın Talibana silah verməsinə dair məlumatları təkzib etmək niyyətində deyil”.

Buna baxmayaraq general Nicholson məsələnin təfərrüatlarına varmayıb.

Lakin bundan əvvəl, aprelin 24-də ABŞ hərbi komandanlığının adının çəkilməsini istəməyən rəsmisi müxbirlərə demişdi ki, Rusiya Talibana pulemyotlar və başqa orta ağırlıqlı silahlar verir.

Sözü gedən rəsmi adının çəkilməməsi şərtilə jurnalsitlərə deyib ki, kəşfiyyat məlumatlarına görə hazırda Taliban döyüşçüləri Rusiya silahlarından cənubdakı Helmand, Qəndahar və Uruzqan vilayətlərində gedən göyüşlərdə istifadə edirlər.

Rusiya Talibana hər hansı dəstək verdiyi barədə iddiaları təkzib edir.

Rusiya bildirir ki, onun Talibanla əlaqələri yalnız təhlükəsizliyin təminatı və ekstremist islamçıların hökumətlə barışıdırılması kimi məsələlərlə məhdudlaşır.

Aprelin 24-də Rusiyanın Əfqanıstandakı fəaliyyəti ilə bağlı suala cavab verərkən Mattis Vaşiqntonun Rusiyanın Talibana silah verməsi barədə məlumatlardan getdikcə daha çox narahat olduğunu bildirib.

Müdafiə naziri deyib ki, Vaşiqnton bu sahədə mümkün olan məqamlarda Rusiya ilə diplomatik kanallarla təmas quracaq.

Bununla belə, Mattis deyib ki, Birləşmiş Ştatlar Rusiyanın beynəlxalq qanunları pozmasının və suveren dövlətlərin daxili işlərinə qarışmasının qarşıasını alacaq.

Mattis bildirib ki, “məsələn haradansa üçüncü ölkələrdən Əfqanıstana silah ötürülməsi beynəlxalq qanunların pozulması sayılacaq”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG