Keçid linkləri

2025, 17 Fevral, Bazar ertəsi, Bakı vaxtı 19:26

Rusiyada polisin 100-dək tacik tələbəni döydüyü xəbər verilir


Komsomolsk-na-Amure Dövlət Texniki Universiteti
Komsomolsk-na-Amure Dövlət Texniki Universiteti

AzadlıqRadiosunun Tacik xidməti – Ozodi yazır ki, Rusiyanın Komsomolsk-na-Amure şəhərindəki texniki universitetin Tacikistandan olan bir qrup tələbəsi xüsusi təyinatlı polis dəstəsi tərəfindən qəddarcasına döyüldüyünü bildirib.

Tələbələrin sözlərinə görə insident mayın 19-da səhər saatlarında baş verib. Tələbələrdən biri Ozodiyə deyib ki, polislər FTX əməkdaşları ilə birlikdə yataqxanaya gələrək müşahidə kameralarını söndürüblər və bunun ardınca tələbələri döyməyə başlayıblar:

"Əməkdaşlar maskalı idilər, tapança və elektroşokerlərlə silahlanmışdılar. Onların əllərində barmaqlarının üstündə beşbarmağa bənzər çıxıntıları olan xüsusi taktiki əlcəklər vardı. Nə üçün döyüldüyünü soruşanlara təkrar zərbə endirilirdi. Bu yataqxanada başqa millətdən olan tələbələr də yaşayır, amma yalnız Tacikistandan olan tələbələri döyürdülər. Bundan sonra onları dəhlizdə sıraya düzərək sənədlərini yoxlamağa başladılar”.

Ozodiyə müsahibə verən tələbə deyib ki, bundan sonra polislər hamının sənədlərini və telefonlarını əllərindən alaraq 6 tacik tələbəni də özləri ilə aparıblar. Onları dindirdikdən sonra sərbəst buraxıblar.

Səfirlik susur

Bu da xəbər verilir ki, döyülmə nəticəsində 15 tələbə ciddi bədən xəsarəti alıb və onların cərrahiyyə əməliyyatı olunması lazımdır.

Ozodi yazır ki, bu yataqxanada polis əvvəllər də yoxlamalar aparıb, lakin buna qədər heç vaxt zor tətbiq edilməyib.

Zərərçəkmiş tələbələr universitet rəhbərliyinə şikayət edəndə onlara deyiblər ki, heç nə edə bilmirlər.

Mayın 20-də tələbələr Tacikistanın Rusiyadakı səfirliyinə müraciət ediblər. Onlara iş günü olmadığı bildirilib. Tələbələrin dediyinə görə o vaxtdan bəri səfirlikdən səs çıxmayıb.

“Qonaqpərvər” rektor

Bu arada Komsomolsk-na-Amure Dövlət Universiteti Tacikistan tələbələrinin döyülməsinə dair xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

Rektor Eduard Dmitriyev deyib ki, miqrasiya xidmətinin adi yoxlaması keçirilib və hər şey qanun çərçivəsində olub.

Rektor əlavə edib ki, Tacikistandan olan 4 tələbə yoxlamaya maneçilik törətməyə cəhd göstərib və bunun da qarşısı alınıb:

“Biz bütün xarici tələbələrimizə diqqət və qonaqpərvərliklə yanaşırıq, amma bu, onlara Rusiya qanunlarını pozmaq hüququ vermir”.

Ozodi yazır ki, Tacikistanın Rusiyadakı səfirliyi və Rusiya hökuməti bu xəbərlərlə bağlı heç bir şərh verməyib.

Polis transların saxlanmasına etiraz edənləri də saxladı
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

“Tacik anklavı”

Ozodi qeyd edir ki, Komsomolsk-na-Amuredə tələbələrin başına gələnlər son həftə ərzində baş vermiş onlarca buna bənzər hadisələrdən yalnız biridir.

Redaksiyaya Rusiyanın müxtəlif yerlərində tacik miqrantları hədəfləyən və aşağılayan reydləri əks etdirən onlarca video daxil olub.

Bu videolardan birinin Moskva vilayətindəki Kotelniki şəhərində çəkildiyi bildirilir. Videoda xüsusi təyinatlı polislərdən qaçmaq üçün bir neçə miqrantın pəncərələrdən atıldığı görünür.

Yerli sakinlər tərəfindən çəkilən bu videolarda habelə yerlilərin polisin bu hərəkətlərini təqdir edən səsləri eşidilir.

Radio Ozodi bildirir ki, tacikistanlı miqrantlara qarşı zorakılıqlar bir qrup Kotelniki sakininin Rusiya prezidenti Vladimir Putinə şikayətindən sonra güclənib.

Sakinlər iddia edirlər ki, onların şəhəri “tacik anklavına” çevrilib və əhalinin 80 faizini miqrantlar təşkil edir.

XS
SM
MD
LG