Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:15

Rusiya Türkiyəyə uçuşları bərpa edir


Rusiya hökuməti iyunun 22-dən Türkiyəyə müntəzəm sərnişin reyslərinin bərpa olunmasını məqsəduyğun hesab edib

Rusiya hökumətinin Böhran Mərkəzi iyunun 22-dən Türkiyəyə müntəzəm sərnişin reyslərinin bərpa olunmasını məqsəduyğun hesab edib.

Reuters agentliyi yazır ki, bu barədə məlumatı iyunun 18-də Rusiya baş nazirinin müavini Tatyana Qolikova verib.

O habelə deyib ki, Birləşmiş Ştatlar və Belçika da daxil bir sıra başqa ölkələrə də uçuşlar bərpa olunur.

Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə Qolikova bu qərarın müvafiq qurumlarla müzakirələrdən sonra qəbul edildiyini bildirib:

“Ekspertlərimizin rəylərini nəzərə alaraq və bu məsələnin bütün aidiyyəti federal qurumlarla hərtərfli müzakirəsindən sonra biz böhran mərkəzində iyunun 22-dən Türkiyə Respublikası ilə hava rabitəsinin bərpasına dair qərar qəbul etmişik”.

Yoxlama komissiyası

Qolikova bunu da bildirib ki, bu qərarın qəbul olunmasından əvvəl Rusiyanın yoxlama komissiyası Ankara ilə razılaşma əsasında Türkiyəyə səfər edib.

O qeyd edib ki, bu komissiyaya İstehlakçıların Sağlamlıq və Hüquqlarının Qurunması Federal Xidmətinin, Səhiyyə Nazirliyinin və Turizm Agentliyinin rəsmiləri daxil idi.

Qolikovanın sözlərinə görə komissiya Türkiyədəki hazırkı epidemioloji durumu və onun turistlərin qəbuluna hazırlığını təhlil edib.

Rusiya Türkiyəyə sərnişin uçuşlarını aprelin 15-də iyunun 1-dək dayandırdığını bəyan etmişdi.

Moskva o vaxt Türkiyədəki epidemioloji durumun ağırlığını əsas gətirirdi.

Rusiya mayın 31-də bildirmişdi ki, Türkiyə və Tanzaniyaya uçuşların dayandırılması iyunun 21-dək uzadılır.

Rusiya habelə Çin və Lixtenşteynin vətəndaşlarına ölkəyə giriş icazəsi verib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG