Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:25

Rusiya Türkiyə sərhədinə hərbi texnika yığır


Mi-35 helikopteri
Mi-35 helikopteri

Rusiya Müdafiə Nazirliyi Suriya-Türkiyə sərhədindəki Qamışlı şəhərinə iki hərbi nəqliyyat helikopteri göndərib.

Mi-35M və Mi-8 helikopterlərinin qorunması üçün burada bir neçə Pantsir-C1 zenit-raket kompleksləri yerləşdirilib.

Bu məlumatı Qamışlının hərbi kommendantı Timur Xocayevə istinadən Vedomosti qəzeti verib.

Kommendant bildirib ki, bu hərbi birləşmənin vəzifəsi fasiləsiz uçuşların təşkili və ərazinin mühafizəsidir.

Qamışlıda Rusiyanın 10-dək zirehli döyüş maşını da var.

Bundan əvvəl Qamışlı yaxınlığındakı hava limanına Rusiyanın Il-76 hərbi-nəqliyyat təyyarəsinin endiyi müşahidə edilmişdi.

Xəbər verilir ki, Rusiya hərbi aviasiyası Suriyanın şimal-şərqində fasiləsiz patrul uçuşları edir.

Müştərək Rusiya-Türkiyə patrul keşiyi, oktyabrın 22-də Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Recep Tayyip Erdoğan arasında sazişin imzalanmasından sonra başlanıb.

Bu protokola görə patrul keşiyi sərhədyanı bölgənin üç məntəqəsində, Suriya ərazisinin 32 kilometr dərinliyində aparılır.

Türkiyə bu ərazidəki kürd hərbi qüvvələrinin çıxarılmasına çalışırdı.

XS
SM
MD
LG