Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 05:42

İdlibdə ‘nisbi sakitlikdir’


Vladimir Putin (sağda) və Recep Tayyip Erdogan martın 5-də danışıqlardan sonra
Vladimir Putin (sağda) və Recep Tayyip Erdogan martın 5-də danışıqlardan sonra

Suriya insan haqları təşkilatı və fəallar İdlib vilayətində “nisbi sakitlik” olduğunu deyirlər. Ancaq onlar gecəyarısı atəşkəs qüvvəyə minənədək zorakılığın davam etdiyini bildirirlər.

Britaniyada mənzillənən Suriyada İnsan Haqlarını Müşahidə təşkilatı martın 6-da səhər saatlarında bildirib ki, İdlibdə əsas cəbhələrdə “ehtiyatlı sakitlik” hökm sürüb.

İdlib şəhərində yaşayan bir fəal Almaniyanın dpa agentliyinə müharibənin dağıtdığı şəhərin ətrafında bütün cəbhələrdə vəziyyətin sakit olduğunu söyləyib.

Təşkilatın məlumatına görə, atəşkəsdən az öncə Rusiyanın hərbi təyyarələri və Suriya hökumət qüvvələri İdlib və Hama ətrafını hədəfə alıb.

Saraqeb şəhərinin qərbinin bombalanması nəticəsində iki türkiyəli əsgərin öldürüldüyü xəbər verilirdi.

Türkiyənin Müdafiə Nazirliyi martın 6-da səhər bildirib ki, atəşkəs qüvvəyə minməzdən bir neçə saat qabaq dronları 21 suriyalı əsgəri “neytrallaşdırıb” və bu, türkiyəli əsgərlərin öldürülməsinə cavab olaraq həyata keçirilib.

***

Putin və Erdoğan İdlibdə atəşkəsə razılaşdıqlarını deyirlər

Türkiyə və Rusiya Suriyanın şimal-qərbindəki İdlib qəzasında atəşkəs barədə razılığa gəldiklərini bəyan ediblər.

Bu razlaşma martın 5-də Moskvada Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Recep Tayyip Erdoğan arasında 6 saata yaxın davam edən danışıqların nəticəsində əldə olunub.

Bunun 2 saat 5 dəqiqəsi iki lider arasında təkbətək formatda olub.

Bu razlılaşmaya əsasən atəşkəs martın 5-də gecəyarısı, mövcud cəbhə xətləri boyunca başlamalıdır.

Tərəflər habelə M4 nömrəli magistral yol boyunca 12 kilometrlik təhlükəsizlik dəhlizinin yaradılması barədə razılığa gəliblər.

İdlib və ətraf bölgələr
İdlib və ətraf bölgələr

Sözü gedən dəhlizdə martın 15-dən etibarən Rusiya və Türkiyə hərbçiləri birgə patrul keşiyi çəkəcəklər.

Putin-Erdoğan görüşündən əvvəl Suriyanın şimalındakı İdlib qəzasında hərbi vəziyyət son dərəcə gərgin idi.

Ötən həftə bu regionda aviasiya zərbələrinin endirilməsi zamanı çox sayda Türkiyə hərbçisi həlak olmuşdu. Bunun ardınca Türkiyə Suriya hökumət qüvvələrini artilleriya atəşinə tutmuşdu.

Türkiyə qüvvələrinin Suriyanın bir neçə təyyarə və helikopterini vurduğu da xəbər verilmişdi.

Moskva və Ankara bir-birlərini 2018-ci ildə Putinlə Erdoğan arasında imzalanmış sazişi pozmaqda ittiham edirdilər.

Daha 2 Türkiyə əsgəri öldürülüb

Martın 5-də Moskvada keçirilmiş danışıqlardan sonra Vladimir Putin ümid etdiyini bildirib ki, “yeni saziş İdlibdəki de-eskalasiya zonasında döyüşlərə və dinc əhalinin iztirablarına son qoyulması üçün yaxşı baza olacaq”.

Erdoğan deyib ki, “Türkiyə Suriya hökumət qoşunlarının hər hansı hücumuna güclü şəkildə cavab vermək hüququnu özündə saxlayır”.

Atəşkəsin qüvvəyə minməsindən bir neçə saat əvvəl, Türkiyə Müdafiə Nazirlyi İdlibdə Suriya hökumət qoşunlarının atəşi nəticəsində daha iki Türkiyə əsgərinin öldüyünü xəbər verib.

Ankara fevralın 27-də hava zərbəsi nəticəsində 34 əsgərinin həlak olduğunu xəbər vermişdi. Türkiyə raket zərbəsinin Suriya hökumət qoşunları tərəfindən endirildiyini israrla bildirirdi.

Bunun ardınca martın 1-də Türkiyə hərbçilərinin atəşi ilə 19 Suriya əsgəri öldürülüb və Suriyanın iki qırıcı təyyarəsi vurulub.

Moskva Assadın müdafiəsini davam etdirəcək

NATO üzvü Türkiyə və Rusiya Suriya müharibəsində qarşı duran tərəfləri dəstəkləyirlər və son günlərdə şərhçilər Moskva və Ankaranın İdlibdə birbaşa toqquşa biləcəyindən narahat idilər.

Erdoğan keçən həftə Avropanı onun Suriyada apardığı kampaniyaya dəstək verməməkdə günahlandırmış və öz ərazisindəki milyonlarla qaçqını Avropa İttifaqına buraxacağı ilə hədələmişdi.

Erdoğan fevralın axırlarında Putindən Rusiyanın bir kənara çəkilməsini və Türkiyəni Suriya ilə təkbətək buraxmasını rica etmişdi.

Lakin onun bu ricası rədd edilmiş və Moskva bildirmişdi ki, Suriya öz ərazisndə öz nəzarətini tamamilə bərpa etmək haqqına malikdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG