Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:14

Rusiya Suriyadakı qoşunlarını təcili gücləndirir


Rusiyanın Admiral Makarov freqatı fevralın 28-də Bosfordan keçib
Rusiyanın Admiral Makarov freqatı fevralın 28-də Bosfordan keçib

Reuters agentliyinin xəbərinə görə Rusiya özünün Suriyadakı hərbi qruplaşmasını təcili qaydada möhkəmləndirir.

Agentlik bildirir ki, Rusiyanın gəmi və təyyarələri münaqişə bölgəsinə istiqamətlənib.

Bu hadisələr martın 5-də Moskvada Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Recep Tayyip Erdoğan arasında danışıqların başlanması ərəfəsində baş verir.

Reuters yazır ki, bu görüş Suriyanın İdlib qəzasında hərbi vəziyyətin gərginləşməsi dövrünə təsadüf edir.

Burada Suriya prezidenti Bashar al-Assadın qüvvələri Rusiyanın dəstəyi ilə müxalifət silahlılarının üzərinə hücumlarını davam etdirir.

Suriyadakı Türkiyə qüvvələri fevralın sonlarından bəri artilleriya atəşlərini intensivləşdirirb. İdlibdə 34 Türkiyə əsgərinin ölümündən sonra Türkiyənin zərbələri daha da şiddətlənib.

Bir sıra şərhçilər ehtiyat etdiklərini bildirirlər ki, İdlibdə Rusiya və Türkiyə hərbi qüvvələri birbaşa toqquşa bilər.

ABŞ Türkiyəyə hərbi yardım vəd edir
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

Rusiya gəmiləri və təyyarələri

Reuters agentliyi Bosfor boğazı rayonunda gəmi hərəkəti məlumatlarının təhlilinə və aviasiya statistikasına istinadən yazır ki, Rusiya fevralın 28-dən başlayaraq Suriyaya dəniz və hava daşımalarını dəfələrlə artırıb.

Bu proses İdlibdə 30-dan çox Türkiyə əsgərinin həlak olmasından bir gün sonra başlanıb.

Bu da deyilir ki, rəsmən iki gəmidən söhbət getsə də, Moskva son 6 gündə Bosfor boğazından 5 gəmi keçirib.

Reuters bunu da əlavə edir ki, Rusiya əslində Suriyadakı hərbi kontingentinin gücləndirilməsinə oktyabr ayından başlayıb.

Bu ABŞ qoşunlarının Suriyanın bəzi yerlərini tərk etməsi ilə eyni vaxta düşmüşdü.

Erdoğanın ümidləri

Martın 4-də Recep Tayyip Erdoğan ümid etdiyini bildirib ki, Moskvada Putinlə görüşdən sonra İdlibdə tez bir zamanda atəşkəs bərqərar olacaq.

Parlamentdə çıxış edən Erdoğan habelə bildirib ki, “Türkiyə döyüşməyi bacarır, amma müharibəyə can atmır”.

Türkiyə liderinin sözlərinə görə “Ankara suriyalıları qaniçən Assad rejiminin mərhəmətinə möhtac etməyəcək”.

Erdoğan deyib ki, Türkiyənin İdlibdə həyata keçirdiyi əməliyyat Rusiya hərbçilərinə yox, Dəməşq hökumətinə qarşı yönəlib.

Moskva da bildirir ki, Putin-Erdoğan danışıqlarından sonra İdlibdəki vəziyyətin yaxşılaşacağına ümid edir.

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, problemin həlli iki prezident arasında 2018-ci ildə əldə olunmuş razılaşmaya əməl edilməsindən keçir.

O təəssüflə bildirib ki, “bu razılaşmaya hələlik əməl olunmur”.

“Erdoğan özünü divara dirəyib”

Bu arada Rusiyanın “Argumentı i faktı” qəzeti yazır ki, beynəlxalq şərhçilər martın 5-də keçiriləcək Putin-Erdoğan danışıqlarından radikal fərqli nəticə gözləmirlər.

Rusiya Beynəlxqlq Məsələlər Şurasının direktoru Ruslan Məmmədov deyib ki, tərəflər danışıqlar ərəfəsində mövqelərini möhkəmləndirməyə çalışıblar.

Rusiya məhz bu məqsədlə Erdoğanın Moskvaya gəlişindən əvvəl İdlibdəki strateji Sərakib şəhərini zəbt edib.

Politoloqun sözlərinə görə, Türkiyənin də hərbi əməliyyata başlaması bununla bağlıdır.

O bildirir ki, nə Türkiyəyə, nə də Rusiyaya münaqişə lazım deyil:

“Problem burasındadır ki, Erdoğan davakar bəyanatları ilə özünü divara dirəyib. O elan edib ki, Suriya qoşunları təmas xəttinə çəkilməlidir. Əgər bu baş verməsə, Erdoğan pərt olacaq. Çünki hazırda Türkiyədə də Suriyada baş verənləri diqqətlə izləyirlər. Erdoğanın siyasi partnyorları və cəmiyyət ondan uğur gözləyir”.

Türkiyə parlamentində yumruq davası
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Ruslan Məmmədovun fikrincə belə bir vəziyyətdə Türkiyə liderinin geri çəkilməsi çətin olacaq. Amma Suriya da indiyədək Rusiyanın dəstəyi ilə zəbt etdiyi torpaqları qaytarmaq həvəsində deyil.

Məmmədovun sözlərinə görə Putin-Erdoğan görüşündə hər hansı yeni razılaşma olsa belə, bu sazişin ömrü qısa olacaq.

Erdoğanın ümid etdiyi atəşkəs bərqərar olsa da, onun yalnız müvəqqəti olacağını gözləmək olar.

https://aif.ru/politics/world/erdogan_zagnal_sebya_v_ugol_smogut_li_rossiya_i_turciya_dogovoritsya

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG