Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:13

Rusiya Suriyaya yeni hərbi texnika gətirir?


Kamov Ka-52 "Alligator" helikopteri (Foto arxivdəndir)
Kamov Ka-52 "Alligator" helikopteri (Foto arxivdəndir)

Stratfor kəşfiyyat şirkətinin məlumatına görə Rusiya əsas qüvvələrinin Suriyadan çıxarıldığı barədə bəyanat yaysa da, onun bu ölkədəki fəallığının artdığı müşahidə olunur

Starteji proqnozlaşdırma və kəşfiyyat təhlili şirkəti Stratfor-un məlumatına görə Rusiya əsas qüvvələrinin Suriyadan çıxarıldığı barədə bəyanat yaysa da, onun Latakiya hərbi bazasındakı fəallığının artdığı müşahidə olunur.

Konkret olaraq xəbər verilir ki, Rusiya Latakiya bazasına yeni helikopterlər gətirib.

Amerika şirkəti bu məlumatlarının təsdiqi kimi Latakiya və Tartus bazalarının peyk fotoşəkillərini də təqdim edib.

Latakiya bazasını əks etdirən bu fotoşəkillərin martın 17-də günorta çəkildiyi iddia edilir və vurğulanır ki, həmin vaxt Rusiya öz hərbi qüvvələrinin dörddə birini çıxarmış olmalıydı.

Lakin şəkillərdən Moskvanın bazadakı infrastrukturu son günlərdə genişləndirdiyi və oraya əlavə qüvvələr gətirdiyi görünür.

Ka-52 helikopterləri

Stratforun məlumatına görə Rusiya son günlərdə Suriyadakı hərbi hava bazasına Mi-8 və Ka-52 helikopterləri gətirib.

Ekspertlərin fikrincə bu tipli helikopterlərdən heç də təkcə müdafiə məqsədləri üçün deyil, həm də axtarış-xilasetmə, habelə quru qoşunlarlının havadan dəstəklənməsi üçün istifadə oluna bilər.

Analitik-kəşfiyyat şirkəti bunu da bildirir ki, Rusiya hələki Suriyadan özünün Su-30 və Su-35 təyyralərini çxıarmayıb.

Rusiya Su-30 qırıcılarını hələlik Suriyadan çıxarmayıb
Rusiya Su-30 qırıcılarını hələlik Suriyadan çıxarmayıb

Suriyadan alınan xəbərlərə görə bu təyyarələrdən hələ də Suriya hökumət qoşunlarının havadan dəstəklənməsi üçün istifadə olunur.

Söhbət qədim Palmira şəhərində İŞİD-lə döyüşən Assad qüvvələrinin dəstəklənməsindən gedir.

Stratfor həmçinin Tartus bazasının peyk fotoşəkillərinə istinadən bildirir ki, buradan da Rusiya hərbi texnikasının nəzərçarpacaq çıxarılması müşahidə olunmur.

Analitiklər qeyd edirlər ki, dəniz portunda hərbu nəqliyyat vasitələrini görmək olar, lakin ağır texnika gözə dəymir.

Stratfor hesab edir ki, bütün bunlar Rusiyanın Suriya hökumət qüvvələrini bundan sonra da fəal şəkildə dəstəkləmək niyyətində olduğundan xəbər verir.

Bu da mümkündür ki, Rusiya Suriyadakı texnikasının bir hissəsini Assad rejiminə ötürmüş olsun.

Reuters də sayıb

Rusiyanın Suriyadakı əsas hərbi qüvvələrinin çxıarılması barədə bəyanatı martın 14-də prezident Vladimir Putin vermişdi.

O demişdi ki, Rusiya Müdafiə Nazirliyinin qarşısına qoyulmuş vəzifələr yerinə yetirilib.

Bunun ardınca Suriyadakı Rusiya qüvvələrinin çıxarılmasına start verilmiş, təyyarələrin ilk dəstəsi Suriyanı tərk etməyə başlamışdı. Bu dəstəyə Tu-154 və Su-34 təyyarələri də daxil idi.

Bunun ardınca martın 16-da Müdafiə Nazirliyi tərkibində İl-76 təyyarələri və Su-24M bombardmançıları olan ikinci dəstənin çıxarıldığını xəbər vermişdi.

Elə həmin gün Reuters agentliyi televiziya efirlərində görünmüş kadrlara əsasən Suriyadakı Rusiya təyyarələrinin yarısının çıxarıldığını təxmin etdiyini bildirmişdi.

Martın 18-də ABŞ silahlı qüvvələri Mərkəzi Komandanlığının nümayəndəsi Patrick Ryder Rusiya qüvvələrinin böyük hissəsinin çıxarıldığını bəyan etmişdi.

Rusiya mediası yazır ki, Rusiya bundan sonra da Suriya hökumət qoşunlarına “terrorla mübarizədə” dəstəyini davam etdirəcəyini əvvəlcədən bildirmişdi.

XS
SM
MD
LG