Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 12:37

Qərb, Rusiya və İran arasında Suriyaya görə gərginlik artır


Aprelin 7-də Ankarada Rusiya səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

AzadlıqRadiosu xəbər verir ki, Birləşmiş Ştatlar və Britaniya “prezident Bashar al-Assad-ın ipini yığması” üçün Rusiyaya təzyiqi artırıblar, lakin Suriya prezidentini himayə edən Moskva və Tehran Suriyaya qarşı hər hansı “təcavüzə” cavab verməklə hədələyiblər.

ABŞ dövlət katibi Rex Tillerson ABC telekanalına müsahibəsində bildirib ki, bu həftə Moskvada keçirəcəyi görüşdə Rusiyanı Suriyaya dair 2013-cü il razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə çağıracaq.

Bu razılaşmaya görə Rusiya Assad hökumətinin kimyəvi silah arsenalının tamamilə məhv ediləcəyinə söz vermişdi.

Rex Tillerson Moskvada Rusiyanın xarici işlər naziri Lavrovla aprelin 12-də görüşəcək.

Moskva və Dəməşq iddia edirlər ki, Xan Şeyxunda 70 nəfərin ölümünə səbəb olmuş zəhərli qaz hökumət qüvvələrinin qiyamçıların silah anbarına raket zərbələri nəticəsində ətrafa yayılıb.

Bu kimyəvi silah hücumuna cavab olaraq Birləşmiş Ştatlar aprelin 7-də Suriyanın Şayrat hərbi aerodromuna raket zərbələri endirib.

Assad-ı hakimiyyətdə saxlamağa çalışan İran və Rusiya ABŞ-ın hava zərbələrinə hiddətli reaksiya verib.

ABŞ-ın müttəfiqləri Vaşinqtonun Suriya münaqişəsinə ilk dəfə olaraq birbaşa hərbi müdaxiləsinə dəstək veriblər.

Lakin Tillerson məsələyə aydınlıq gətirərək bildirib ki, aprelin 7-də endirilmiş raket zərbələrindən məqsəd Assad-ı gələcək kimyəvi hücumlardan çəkindirmək olub və bundan başqa Vaşinqtonun Suriya siyasətində heç bir dəyişiklik baş verməyib.

ABŞ dövlət katibi kimyəvi hücuma görə Rusiyanı ittiham etməyib və əksinə belə bir mülahizə irəli sürüb ki, ola bilsin, Suriya hərbçiləri Rusiyanın xəbəri olmadan hərəkət ediblər.

Putin və Ruhani ABŞ-ın Suriyadakı "təcavüzünü" pisləyiblər
Putin və Ruhani ABŞ-ın Suriyadakı "təcavüzünü" pisləyiblər

Tillerson deyib ki, məhz buna görə də gələcəkdə kimyəvi hücumlar olsa, bu, ABŞ-Rusiya münasibətləri üçün son dərəcə ziyanlı olacaq.

CBS-ə müsahibəsində isə Tillerson Rusiyanın kimyəvi hücum barədə izahatının “ağlabatan” olmadığını bildirib.

Dövlət katibi bunu da deyib ki, ABŞ-ın Suriyadakı əsas məqsədi İslam Dövləti adlandırılan təşkilatı məğlub etməkdən ibarətdir.

Başqa sözlərlə, Tillerson Assad-ın prezident postundan getməsinin Vaşinqton tərəfindən aktiv şəkildə tələb olunmadığına işarə edib.

Buna baxmayaraq Rusiya, İran və Assad-a dəstək verən digər silahlı qrupların birgə komandanlığının müştərək bəyanatında ABŞ-ın raket zərbələri ilə “qırmızı xətti” keçdiyi bildirilir.

Birgə bəyanatda deyilir ki, “Suriyaya qarşı təcavüz bütün qırmızı xətlərin aşılması deməkdir”.

Assad hökumətinə yaxın olduğu bilinən “Əl-Vətən” qəzetində dərc olunmuş bəyanatda deyilir ki, “biz Suriyaya qarşı hər hansı təcavüzə qətiyyətlə cavab verəcəyik”.

Bu arada İranın ali rəhbəri Ali Khamenei deyib ki, Birləşmiş Ştatlar Suriyaya hücum etməklə “strateji səhvə” yol verib.

Aprelin 9-da Suriya dövlət mediasının verdiyi xəbərə görə prezident Hassan Rouhani də Assad hökumətinə dəstək bildirib.

Rouhani kimyəvi hücumun arxasında Assad qüvvələrinin durduğuna dair iddiaları rədd edib.

Kreml bildirib ki, prezidentlər Putin və Rouhani telefon söhbətində ABŞ-ın Suriyaya qarşı “təcavüzünü” pisləyiblər.

İran və Rusiya prezidentləri Xan Şeyxunda baş vermis kimyəvi hücumun “obyektiv və tərəfsiz” araşdırılmasına çağırıblar.

Rusiyanın Xarici İşlər Nazirliyi həmçinin Britaniya xarici işlər naziri Boris Johnson-un Moskvaya səfərini ləğv etməsinə əsəbi reaksiya verib.

Britaniyanın müdafiə naziri Michael Fallon Suriyadakı kimyəvi hücuma görə Moskvanı ittiham edib
Britaniyanın müdafiə naziri Michael Fallon Suriyadakı kimyəvi hücuma görə Moskvanı ittiham edib

Johnson aprelin 10-a nəzərdə tutulmuş bu səfəri Suriyadakı kimyəvi hücumla əlaqədar ləğv etdiyni bildirmişdi.

Rusiya XİN-in bu barədə bəyanatında deyilir ki, Johnson bu hərəkəti ilə ölkəsinin dünya siyasətində heç bir rol oynamadığını isdbat edib.

Johnson bundan əvvəl demişdi ki, o Suriya məsələsini aprelin 10-11-də keçiriləcək G7 sammitində müttəfiqlərlə müzakirə edəcək.

Rusiya isə Tillerson-u bütün məsələləri birbaşa Moskva ilə müzakirə etməyə çağırıb.

“Sunday Times” qəzetində dərc edilmiş məqaləsində Britaniyanın müdafiə naziri Michael Fallon yazır ki, Rusiya Suriyada həlak olan hər bir dinc sakin üçün birbaşa məsuliyyət daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG