Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

‘Rusiya-Suriya alyansı’ dinc əhaliyə hücumlarda ittiham edilir


İyunun 3-də Xan Şeyxun şəhəri bombardman edilib
İyunun 3-də Xan Şeyxun şəhəri bombardman edilib

Human Rights Watch (HRW) insan haqları təşkilatı Suriya-Rusiya “hərbi alyansını” Suriyanın şimalında dinc əhaliyə qarşı beynəlxalq aləmdə qadağan olunmuş silahlardan istifadə etməkdə ittiham edib.

Xəbər verilir ki, aprelin 26-dan bəri gündəlik qaydada İdlib, Hama və Hələb qəzalarında hökumət qoşunlarının yüzlərlə hücumu olub. Bu hücumlarda təxminən 200 dinc insanın qətlə yetirildiyi bildirilir.

Nyu Yorkda mənzillənmiş təşkilat iyunun 3-də verdiyi bəyanatda bildirir ki, Suriyanın şimal-qərbinə hücumlarda “qəlpəli mərmilərdən və yandırıcı bombalardan”, habelə geniş ərazilərdə dağıntı törədən mərmilərdən istifadə edilib.

Təşkilatın hesabatında deyilir ki, “Rusiya özünü və Dəməşqdəki müttəfiqini himayə etmək məqsədilə özünün BMT Təhlükəsizlik Şurasının üzvü olmasından sui-istifadə edib”.

BMT-nin məlumatına görə hücuma məruz qalan ərazidə 3 milyonadək insan yaşayır.

Suriyada ötən apreldə atəşkəsin pozulmasından sonra hərbi əməliyyatların miqyası genişlənib.

Rusiya İranla birlikdə Suriya prezidenti Bashar al-Assada həlledici dəstək verib. Rusiya 2015-ci ildə Suriyaya hərbi müdaxilıə edəndə Assad rejiminin çökməsi tamamilə real idi.

Suriyada ABŞ və Türkiyə anti-Assad qiyamçı qüvvələrini dəstəkləyirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG