Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:03

Sorğu: Rusiyada qanunlara inam ən aşağı həddə enib


Sorğu nəticələrinə görə qanunlara inanmayan rusiyalılar hazırda əhalinin 58 faizini təşkil edir

Özlərini qanunların müdafiəsi altında hiss etməyən rusiyalıların sayı son beş ildə artmaqdadır.

Rusiyada xarici agent elan olunmuş Levada mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə qanunlara inanmayan rusiyalılar hazırda əhalinin 58 faizini təşkil edir və bu, 2010-cu ilin göstəricisi səviyyəsindədir.

Rəyi soruşulanların 36 faizi qanunların onları qorduğuna şəxsən inandığını bildirib.

Bu, son 6 ildə ən aşağı göstəricidir.

Qanunların onları qoruduğuna inanmayan respondentlərin 49 faizi faizi bildirib ki, hakimiyyətdə olanlar qanunları özlərinin istədikləri şəkildə təfsir edirlər.

Daha 42 faiz hesab edir ki, qanunlar heç də hamı üçün yazılmır.

Respondentlərin 39 faizi korrupsiyaya görə hər hansı işə məhkəmədə ədalətlə baxılacağına inanmadığını deyib.

Ən az etibar xüsusi xidmətlərədir

Rəyi soruşulanların yarısı hesab edir ki, indi Rusiyada qanunları pozmadan yaşamaq mümkün deyil.

Bunun əksini düşünənlər 47 faiz təşkil edirlər.

Respondentlərin 74 faizi bildirib ki, onlar bugün bu və ya digər şəkildə məmurların qanunlara tabe olmadığını düşünürlər. 10 il əvvəl bu fikirlə razılaşanlar 85 faiz idi.

Sosiloqların sentyabrın sonlarında keçirdiyi sorğuya görə rusiyalılar ümumilikdə hüquq-mühafizə orqanlarının hakimiyyətin və özlərinin maraqlarına xidmət etdiyini düşünürlər.

Respondentlərin 44 faizi xüsusi xidmətlər, 41 faizi baş prokurorluq və 38 faizi polis orqanları haqqında belə qənaətdədirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG