Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:05

Rusiya silahlara nəzarəti sərtləşdirir


Kazanda məktəbdəki atışma qurbanları anılır, 12 may, 2021-ci il
Kazanda məktəbdəki atışma qurbanları anılır, 12 may, 2021-ci il

Minimum yaş tələbi orduda xidmət etmiş şəxslərə, dövlət hərbi təşkilat üzvlərinə, polis əməkdaşlarına aid deyil

Rusiya Prezidenti Vladimir Putin silahlara nəzarəti sərtləşdirməyi nəzərdə tutan qanunu imzalayıb. Bu, ötən ay orta məktəbdə ölümlə nəticələnmiş atışmadan sonra baş verir.

İyunun 28-də qüvvəyə minmiş qanunla ov tüfəngləri və uzun lüləli silahlar almaq üçün minimum yaş həddi 18-dən 21-ə qaldırılıb.

Bundan əlavə, silaha yiyələnməyə əlavə məhdudiyyətlər də qoyulur.

Yeni qaydalar

İndiyədək ağır cinayətlər törətmiş şəxslərin silaha sahiblənməsi yasaqlanırdı. İndi isə narkotiklərdən istifadəyə görə məhkum edilmiş, yaxud barəsində təhqiqat aparılmış şəxslər silah lisenziyasından məhrum edilə bilər.

İçkili vəziyyətdə maşın sürən zaman yaxalanmış şəxslərə də müvəqqəti qadağa qoyulacaq.

İki və daha artıq kriminal tarixçəsi olan rusiyalılara da silah lisenziyası verilməyəcək.

Minimum yaş tələbi orduda xidmət etmiş şəxslərə, dövlət hərbi təşkilat üzvlərinə, polis əməkdaşlarına aid deyil.

Milli azlıqlardan olanlar, peşəkar ovçular, özəl təhlükəsiz firmalarının əməkdaşları da 18 yaşından silah ala biləcəklər.

Rusiya Qvardiyasının başçısı Viktor Zolotov mayda silah qanunlarını sərtləşdirməyi təklif edib. Kazanda məktəbdə atışmada yeddi uşaq və iki müəllim öldürüldü.

Hücumu rəsmi qeydiyyatda olan silahla 19 yaşlı İlnaz Galyaviyev törətmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG