Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 08:55

Rusiyadakı silah anbarında yeni partlayışlar baş verib


Adamlar 5 avqustda baş verən yanğına tamaşa edirlər

Avqustun 9-da Rusiyanın Sibir bölgəsindəki silah anbarında baş vermis yeni partlayışlar hüquq-mühafizə orqanlarının əməkdaşları daxil daha 8 nəfərin xəsarət alması ilə nəticələnib.

Bundan bir neçə gün əvvəl bu anbarda baş vermis yanğın və partlayışlar nəticəsində 1 nəfər həlak olmuşdu.

Açinsk rayonunun icra hakimiyyəti bildirib ki, anbarda yeni partlayışlardan sonra bölgədə regional fövqəladə vəziyyət elan edilib.

Mərkəzi Hərbi Rayonunun mətbuat xidməti bildirib ki, yeni partlayışlara ildırım vurması səbəb olub.

Bu hadisə zamanı xəsarət alanların kimliyi bildirilmir.

Açinsk rayon xəstəxanası bildirmişdi ki, indiydək tibb müəssisəsinə daxil olanların səkkizi də mülki şəxslərdir və onların xəsarətləri ciddi deyil.

Lakin TASS dövlət xəbər agentliyi həkimlərə istinadən bildirib ki, xəsarət alanlardan biri hərbçi, ikisi polis, beşi isə mülki şəxslərdir və onların xəsarətləri “orta ağırlıqlıdır”.

Rayonun hüquq-mühafizə orqanlarından alınan məlumatda deyilir ki, yeni partlayışlardan sonra anbarda yanğın başlanıb.

Interfax agentliyi bildirib ki, anbarın yaxınlığındakı Kamenka kəndinin əhalisi evakuasiya ediləcək.

Sözü gedən anbarda partlayış və yanğının baş verməsini Rusiya İstintaq Komitəsi araşdırır.

Bu hadisələrdən az sonra anbara baş çəkən Rusiya müdafiə nazirinin müavini demişdi ki, bu anbar bu ərazidən köçürüləcək.

Avqustun 5-də baş vermiş partlayış və yanğınlar zamanı bu bölgədən 16 min sakin təxliyə olunmuşdu.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG