Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Rusiya senatoru alman jurnalistə niyə qarğış edib?


1943-cü ildə Kursk ətrafında sovet qoşunlarının əks-hücumu
1943-cü ildə Kursk ətrafında sovet qoşunlarının əks-hücumu

Rusiyanın İctimai Palatası Almaniyanın Die Welt qəzeti jurnalistinin Proxorovka çölündəki Qələbə abidəsinin sökülməsi təklifinə cavab olaraq BMT-nin Təhlükəsizlik Şurasına müraciət etmək barədə qərar qəbul edib.

Palatanın ictimai diplomatiyanın inkişafı, humanitar əməkdaşlıq və ənənəvi dəyərlərin saxlanması komissiyasının sədri Yelena Sutormina izah edib ki, bu müraciət “tarixin saxtalaşdırılmasına” cavab olacaq.

O bildirib ki, BMT 2018-ci ildə “nasizmin tərənnümünə qarşı” qətnamə qəbul edib.

Xanım Sutormina deyib ki, Proxorovka çölü döyüşünün 76-cı ildönümü ərəfəsində belə təkliflər tamamilə yolverilməzdir.

Sutormina hesab edir ki, dünya ictimaiyyəti belə təkliflərə “sərt və barışmaz reaksiya verməlidir”.

Bununla əlaqdar iyulun 12-də Rossiya Segodnya xəbər agentliyinin mətbuat mərkəzində “Proxorovka çölündə döyüş. Rusiyaya qarşı yeni informasiya müharibəsi” adlı diskussiya keçiriləcəyi bildirilir.

Bu müzakirəyə elə həmin xanım Sutormina sədrlik edəcək.

Frants Klintsevich
Frants Klintsevich

Bundan əvvəl Almaniyanın Die Welt qəzeti yazmışdı ki, Belqorod vilayətindəki Proxorovka stansiyası yaxınlığında 1943-cü ilin iyulunda baş vermiş tank döyüşünü çətin ki SSRİ-nin qələbəsi adlandırmaq olar.

Die Welt qəzetinin tarix şöbəsinin rəhbəri Sven Felix Kellerhoff Almaniya və Britaniya kəşfiyyatının havadan çəkdiyi fotolara əsasən yazmışdı ki, əslində bu döyüş Qırmızı ordunun ən rüsvayçı məğlubiyyətlərindən biri olub:

"Son tədqiqatlar göstərir ki, Proxorovka ətrafında nə sovetin qələbəsi, nə də böyük tank döyüşü olub. Əslində o vaxt Proxorovkadakı 29-cu sovet tank korpusunun 200 tankı kamikadzesayağı mənasız intihar döyüşünə girib. Rəsmi Rusiya-Sovet versiyasına görə bu döyüşdə 850 sovet tankı ilə 800 alman tankı üz-üzə gəlib. Sovet təbliğatına görə bu döyüşdə Vermaxtın 400 tankı məhv edilib. Əslində isə 672 sovet tankına qarşı cəmi 186 alman tankı çıxıb. İyulun 12-də axşamçağı Qırmızı ordu özünün 235 tankını itirib. Hitlerçilərin isə cəmi 5 tankı vurulmuşdu. Bütün bunlar cəmi bir neçə kvadrat kilometr olan sahədə baş verib”.

Müəllif bu faktlardan çıxış edərək Prorovkadakı qələbə abidəsinin sökülməsini təklif edir. O deyir ki, bu döyüş sovetlərin zəfəri yox, biabırçı məğlubiyyəti olub.

Die Welt qəzetində dərc edilmiş məqalə Rusiya hakimiyyət nümayəndələrinin hiddətinə səbəb olub.

Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin üzvü, senator Frants Klintsevich müəllifə “cəhənnəmdə yanmaq” qarğışı edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG