Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:41

Rusiya seçki monitorinqi qruplarını ‘qara siyahıya’ salır


Rusiya martın 18-də keçiriləcək prezident seçkisi ərəfəsində Avropanın seçki monitorinqi ilə məşğul olan iki təşkilatını “qara siyahıya” daxil edib.

Rusiyanın Ədliyyə Nazirliyi martın 13-də Almaniyanın Demokratik Seçkilər üçün Avropa Platforması və Litvanın Beynəlxalq Seçki Araşdırması Mərkəzini “arzuolunmaz təşkilatlar” siyahısına daxil edib.

Nazirlik bildirib ki, bu addım Rusiya qanunvericiliyinə və baş prokuror müavininin 12 mart tarixli qərarı əsasında atılıb.

Prezident Vladimir Putinin 2015-ci ildə imzaladığı və insan haqları qrupları tərəfindən kəskin tənqid edilən qanun hökumətə xarici və beynəlxalq qrupları “arzulolunmaz təşkilatlar” siyahısına salmaq imkanı verir.

İnsan haqları müdafiəçilərinin fikrincə bu qanundan məqsəd QHT-lərin Rusiyada demokratiyanı təbliğ etməsinin qarşısının alınması və belə təşkilatlarla işləyənlərə qarşı cinayət işlərinin qaldırılmasıdır.

Nazirliyin bu qərarından əvvəl, REN TV kanalında yayınlanmış bir reportajda seçki monitorinqi ilə məşğul olan təşkilatlar “Rusiyada hakimiyyəti gizli şəkildə ələ almaq cəhdində” ittiham etmişdi.

Hazırda Rusiya Ədliyyə Nazirliyinin qara siyahısında Açıq Rusiya, Milli Demokratiya Fondu və Açıq Cəmiyyət Fondu da daxil olmaqla 13 “arzuolunmaz” təşkilat var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG