Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Avropa rəsmisi: Seçkilərin 'əsas müdaxiləçisi' Rusiyadır


Vera Jourova
Vera Jourova

Avropa İttifaqının yüksək vəzifəli rəsmisi Avropada seçkilərə müdaxilə fəaliyyətlərinin arxasında dayanan ölkənin Rusiya olduğunu bəyan edib, lakin o, əlavə edib ki, “başqaları da Moskvadan öyrənməkdədirlər”.

Avropa İttifaqının ədliyyə və istehlakçı siyasəti komissarı Vera Jourova noyabrın 14-də Avropa Parlamentində etdiyi çıxışında deyib ki, bu proses zamanı həlledici seçki qaydaları, xüsusilə də seçki kampaniyalarının şəffaflığı qaydaları ya pozulub, ya da yönləndirilib:

“Avropada seçkilərə müdaxilə fəaliyyətində ən çox bulunan ölkə kimi Rusiyanın adı hallanır, amma başqa ölkələr və özəl maraqlar da seçki müdaxiləsi qabiliyyətlərini artırırlar”.

Jourova daha sonra deyib ki, hazırda üçüncü ölkə mənbələrindən qaranlıq maliyyələşdirmə iddiaları araşdırılır.

Jourova-nın bu bəyanatları gələn il keçiriləcək Avropa Parlament seçkilərinə xarici oyunçuların potensial təsir təhlükəsinə dair debatlarda səslənib.

Bu debatlarda Avropa İttifaqının Rusiya təbliğatından müdafiəsi məsələləri müzakirə olunurdu.

Avropa Komissiyası hazırda Avropa İttifaqı üzvlərinə dekabrda təqdim olunacaq hərəkət planının layihəsi üzərində işləyir.

Bu hərəkət planında Avropa İttifaqının Strateji Kommunikasiyalar üzrə İşçi Qrupunun (East Stratcom Taskforce) gücləndirilməsi təkliflərinin yer alacağı gğözlənilir. Bu qrup 2015-ci ildə Rusiyanın dezinformasiya kampaniyalarının önlənməsi üçün yaradılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG