Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

ABŞ Skripallara görə Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır


Sergei Skripal və qızı Yulia
Sergei Skripal və qızı Yulia

Birləşmiş Ştatlar bildirir ki, bu ilin əvvəllərində keçmiş Rusiya casusunun İngiltərədə zəhərlənməsi ilə bağlı Moskvaya qarşı yeni sanksiyaların qoyulmasını nəzərdən keçirir.

Dövlət Departamenti noyabrın 6-da bəyan edib ki, Rusiya bu insidentdən sonra ABŞ-ın kimyəvi silahlardan istifadəni qadağan edən 1991-ci il tarixli qanununa uyğun olaraq ona verilmiş üç aylıq müddətə əməl etməyib və buna görə də Rusiya üzərinə yeni sanksiyaların qoyulması məsələsi Konqreslə müzakirə ediləcək.

Birləşmiş Ştatlar və onun müttəfiqləri Rusiya hökumətini, ötən mart ayında Sergei Skripal və onun qızı Yulia-nın İngiltərənin Solsberi şəhərində hərbi təyinatlı kimyəvi maddə ilə zəhərlənməsində əli olmaqda ittiham edirlər.

Moskva bu ittihamları rədd etdikdən sonra Rusiya ilə Qərb arasında onsuz da mövcud olan gərginlik daha da artıb. Bundan sonra ABŞ və Qərb Moskvaya qarşı yeni sanksiyalar elan edib və onlarca Rusiya diplomatı Qərb ölkələrindən qovulub.

ABŞ Dövlət Departamenti ötən avqust ayında bildirmişdi ki, Rusiya Skripalların zəhərlənməsi ilə bağlı Kimyəvi və Bioloji Silahlara dair 1991-ci il tarixli ABŞ qanununu pozub. Bununla əlaqədar Rusiyaya xarici yardımı, müdafiə malları ilə ticarəti və təhlükəsizlik avadanlığı sektorlarını, habelə ABŞ-ın Moskvaya hökumət yardımlarını hədəfləyən sanksiyalar elan edilmişdi.

1991-ci il tarixli qanuna görə Rusiya bu qanuna riayət etdiyini 90 gün ərzində isbat etməli idi. Bu müddət ərzində Rusiya heç bir tədbir görmədiyinə görə Moskvanın üzərinə sanksiyaların yeni dövrəsi elan edilməlidir.

Sentyabr ayında Britaniya iki Rusiya vətəndaşına – hərbi kəşfiyyatın zabitləri hesab edilən Anatoly Chepiga və Aleksandr Mishkin-ə qarşı Skripalların həyatına qəsd ittihamını irəli sürüb.

Rusiya hərbi kəşfiyyatının zabitləri hesab edilən Anatoly Chepiga və Aleksandr Mishkin
Rusiya hərbi kəşfiyyatının zabitləri hesab edilən Anatoly Chepiga və Aleksandr Mishkin

Britaniya hakimiyyət orqanları bildirir ki, sözü gedən iki şəxs martın 4-də sovet dövründə yaradılmış Noviçok adlı zəhərli maddəni Skripalın Solsberidəki evinin qapısına sürtüblər. Bundan sonra keçmiş rusiyalı casus və onun qızı huşsuz vəziyyətdə skamyanın üstündə aşkar olunaraq xəstəxanaya çatdırılıb.

Onların hər ikisi həftələrlə kritik vəziyyətdə qaldıqdan sonra intensiv müalicə nəticəsində özlərinə gəliblər. Lakin əldəqayırma ətir flakonuna doldurulmuş eyni maddə ilə təmasa girən başqa bir qadın - Dawn Sturgess iyul ayında vəfat edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG