Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:07

ABŞ Rusiya və Çin şirkətlərinə yeni sanksiyalar elan edir


ABŞ maliyyə naziri Stephen Mnuchin
ABŞ maliyyə naziri Stephen Mnuchin

Birləşmiş Ştatlar Çində və Rusiyada mənzillənmiş iki informasiya texnologiyaları şirkəti üzərinə sanskiayalar elan edib. Vaşinqton bu şirkətləri Pxenyanın nüvə və raket proqramlarını dəstəkləməkdə ittiham edir.

ABŞ-ın sentyabrın 13-də elan etdiyi yeni sanksiyalar Çində mənzillənmiş Yanbian Silverstar Network Technology Co şirkətini və onun Şimali koreyalı başçısı Jong Song Hwa-nı, habelə Rusiyada mənzillənmiş Volasys Silver Star firmasını hədəfləyir.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, Çinin Silver Star şirkəti Şimali Koreya hakim partiyasının silah-sursat sənayesi departamenti ilə bağlı olub. Bu department ölkənin ballistik raket proqramına nəzarət edir.

Volasys firması China Silver Star şirkətinin Şimali Koreyadan olan işçisi tərəfindən təsis edilib və bəyanatda deyilidiyinə görəbundan məqsəd firmanın Şimali Koreyaya bağlılığını pərdələmək olub.

Maliyyə naziri Stephen Mnuchin deyib ki, bu sanksiyalardan məqsəd xaricdə əsl vətəndaşlıqları gizlədilən Şimali Koreya informasiya texnologiyaları işçilərinin gəlirlərinin Pxenyana ötürülüməsinin qarşısını almaqdır.

Nazir habelə bütün dünya boyunca başqa şirkətlərə xəbərlarlıq edərək onları Şimali Koreyadan olanlara texnoloji layihələrdə iş verməməyə çağırıb.

Bu sanksiyalar sözü gedən şirkətlərin ABŞ yurisdiksiyasında ola biləcək hər hansı aktivlərini avtomatik müsadirə etmək imkanı verir və ABŞ vətəndaşlarının belə şirkətlərlə əməkdalıq etməsini yasaqlayır.

ABŞ Pxenyanla birbaşa danışıqlarda olsa da, Şimali Koreya üzərinə sanksiyaların güzəştsiz tətbiqinə çalışır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG