Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:39

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları avqustun 27-də qüvvəyə minir


Kimyəvi zəhər ekspertləri Solsberi ticarət mərkəzinin yaxınlığında (Foto arxivdəndir)
Kimyəvi zəhər ekspertləri Solsberi ticarət mərkəzinin yaxınlığında (Foto arxivdəndir)

ABŞ hökuməti bildirir ki, Moskvanın keçmiş rusiyalı agenti zəhərləyərək öldürməyə cəhd göstərməsi müəyyən edildikdən sonra Rusiya üzərinə qoyulmuş sanksiyalar avqustun 27-də qüvvəyə minəcək.

Bu sanksiyaların təfərrüatları avqustun 24-də Dövlət Departamenti tərəfindən Federal Reyestrdə dərc olunub.

https://www.federalregister.gov/documents/2018/08/27/2018-18503/determinations-regarding-use-of-chemical-weapons-by-russia-under-the-chemical-and-biological-weapons

Birləşmiş Ştatlar bəyan edir ki, Rusiya hökumətinin öz vətəndaşalrına qarşı ölümcül kimyəvi silahdan istifadə etməsi müəyyənləşdirilib.

Sergei və Yulia Skripallar martın 4-də İngiltərənin Solsberi şəhərində skamyanın üzərində huşsuz vəziyyətydə tapılmışdılar. Onlar ciddi zəhərlənsələr də xəstəxanada həftələrlə davam edən müalicədən sonra sağ qalıblar.

Britaniya hökuməti ata və qızın Sovet İttifaqında istehsal olunmuş Noviçok adlı hərbi təyinatlı kimyəvi agentlə zəhərləndiklərini müəyyən etdiyini bildirmişdi.

Britaniya və ABŞ hökumətləri bu hücuma görə Putin hökumətini ittiham edirdilər.

Rusiya hərbi kəşfiyyatının keçmiş polkovniki Sergei Skripal, 2006-cı ildə Rusiyada dövlətə xəyanətdə ittiham olunmuş və həbsxana cəzasına məhkum edilmişdi. O Britaniyanın xeyrinə casusluqda ittiham olunurdu.

Rusiya onu Qərblə casus dəyiş-düyüşü əsasında azad etmişdi.

Dövlət Departamentinin məlumatında deyilir ki, yeni sanksiyalar Rusiyaya təcili humanitar məsələlər xaricində bütün ABŞ yardımlarını dayandırır, Rusiyaya bəzi silahların satışını qadağan edir, Moskvanı ABŞ-ın kredit və başqa maliyyə xidmətlərindən istifadəsini məhdudlaşdırır və Rusiyaya texnologiya mallarının ixracını yasaqlayır.

Elan edilir ki, zəhərlənmə ilə bağlı sanksiyaların ikinci dəsti Rusiya beynəlxalq kimyəvi silah müfəttişlərinə öz cəbbəxanasını yoxlamaq icazəsi vermədiyi təqdirdə 90 gündən sonra elan ediləcək.Rusiya isbat etməlidir ki, onun hərbi təyinatlı kimyəvi zəhərləri yoxdur.

Rusiya ittihamları rədd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG