Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Oktyabr, şənbə, Bakı vaxtı 17:17

ABŞ Rusiyanın ‘iqtisadi ağrılarını’ artırmaq istəyir


ABŞ-ın Maliyyə Naziri Steven Mnuchin

ABŞ Maliyyə Nazirliyi avqustun 21-də iki Rusiya vətəndaşı və bir Rusiya şirkəti üzərinə sanksiyalar elan edib. Vaşinqton bildirir ki, bundan sonra da Moksvanın üzərinə iqtisadi təzyiqləri gücləndirmək niyyətindədir.

Maliyyə nazirinin müavini əvəzi Sigal Madelker avqustun 21-də Senatın Bankçılıq Komitəsinə deyib ki, Rusiyanın ziyanlı fəaliyyəti davam etsə də, ABŞ Moskvanın üzərinə daha ağır sanksiyalar qoymaq iqtidarındadır:

“Davranış nümayişkaranə şəkildə və əhəmiyyətli dərəcədə dəyişməsə, biz bu məsələdə tərəddüd etməyəcəyik”.

ABŞ prezidenti Donald Trump zaman-zaman Rusiya ilə yaxşı münasibətlərə ehtiyac olduğunu bəyan edir, lakin ABŞ millət vəkilləri Rusiyanın cəzalandırılması üçün daha çox iş görülməsinə çağırırlar.

ABŞ kəşfiyyat rəhbərləri isə bildirirlər ki, Rusiyanın ABŞ-ın siyasi sisteminə kiberhücum cəhdləri hələ də dayandırılmayıb.

Putin Rusiyanın 2016-cı il ABŞ prezident seçkisini təsirləndirməyə çalışdığı barədə iddiaları israrla rədd edir.

Mandelker-in bu bəyanatından əvvəl Maliyyə Nazirliyi iki Rusiya vətəndaşı və bir Rusiya şirkəti, habelə bir slovak firması üzərinə sanskiyalar elan edib. ABŞ onları Birləşmiş Ştatların sanksiyalarından yayınmaq cəhdlərində ittiham edir.

Maliyyə Nazirliyi bildirir ki, Peterburqda mənzillənmiş Vela-Marine Ltd və Slovakiyada yerləşən Lacno S.R.O., habelə iki şəxs - Marina Igorevna Tsareva və Anton Aleksandrovich Nagibin üzərinə bundan əvvəl sanksiya qoyulmnuş – Divetechnoservices müəssisəsinə bağlıdırlar.

Divetechnoservice birnəfərlik sualtı qayıqların istehsalı ilə məşğuldur. Bu qayıqlardan sualtı kommunikasiya kanallarının dinlənməsi üçün istifadə edilə bilər.

XS
SM
MD
LG