Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:35

Rusiyadan Krıma körpü tikənlərə sanksiyalar qoyulur


Rusiya prezidenti Vladimir Putin bu körpünü KamAZ sürməklə açmışdı
Rusiya prezidenti Vladimir Putin bu körpünü KamAZ sürməklə açmışdı

Avropa İtitfaqının səfirləri Rusiyanın daha 6 vahidini aktivlərin dondurulmasını və viza qadağanını nəzərədə tutan sanksiyalar siyahısına daxil ediblər.

Onlar Rusiyanı ilhaq edilmiş Krım yarımadası ilə birləşdirən 19 kilometrlik Kerç körpüsünün tikintisində iştirak etdiklərinə görə cəzalandırılıblar.

Avropa İttifaqı bildirir ki, Rusiya Krımı qanunsuz ilhaq etdiyinə görə sözü gedən körpü Ukraynanın ərazi bütövlüyünü pozur.

Krım körpüsünə 3, 7 milyard dollar xərclənib
Krım körpüsünə 3, 7 milyard dollar xərclənib

Avropa İttifaqının rəsmiləri AzadlıqRadiosuna deyiblər ki, sözü gedən 6 vahidin üzərinə sanksiyalar qarşıdan gələn günlərdə qüvvəyə minəcək.

Aİ-nin Rusiyaya dair sanksiya siyahısına hazırda Rusiya və Ukraynadan olan 155 fərd, habelə 38 hüquqi şəxs daxildir.

Kerç körpüsünün avtomobil və avtobuslar üçün zolağı may ayında istifadəyə verilib. Bu körpüdə dörd zolaqlı avtomobil və 2 zolaqlı dəmir yolu var. Dəmir yolu sektorunun tikintisi hələ başa çatmayıb.

Rusiya 3, 7 milyard dollarlıq körpü layihəsinə 2016-cı ildə başlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG