Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Senatorlar Rusiyaya qarşı sanksiyaları ‘saxlayan’ Trump-ı tənqid edirlər


Senator Ben Cardin
Senator Ben Cardin

AzadlıqRadiosunun müxbiri Mike Eckel yazır ki, ABŞ senatorları prezident Donald Trump-ı Rusiya üzərinıə yeni sanksiyaları qoymadığına görə tənqid edirlər.

Bundan əvvəl onun administrasiyası Rusiyanın hakim elitasına daxil 210 hökumət rəsmisi və milyarderin adlarından ibarət siyahını açıqlamışdı. Bu siyahıdakılara qarşı potensial cəza tədbirlərinin görülməsi nəzərədə tutulur.

Bu arada ABŞ Dövlət Departamentinin sanksiyalarla məşğul olmuş keçmiş vəzifəli rəsmisi yeni tədbirləri, xüsusilə də “oliqarx siyahısını” tənqid edib və bu sənədi “təəccüblü və izaholunmaz” adlandırıb.

Senatın Xarici Əlaqələr Komitəsində ən vəzifəli demokrat Ben Cardin və daha 19 demokrat senatorun dövlət katibi Rex Tillersona məktubunda deyilir ki, Trump administrasiyasının yeni sanksiyaları tətbiq etməməsi “qəbuledilməzdir”.

Bu məktubdan bir gün əvvəl, yanvarın 30-da ABŞ Maliyyə Nazirliyi Rusiyanın 114 siyasi fiqurundan və ABŞ hakimiyyətinin iddiasına görə prezident Putinlə yaxınlıqları vasitəsilə varlanmış 96 oliqarxdan ibarət siyahını açıqlamışdı.

Rusiyanın siyasi fiqur və maqnatlarından ibarət siyahı Konqres tərəfindən 2017-ci ildə qəbul edilmiş qanundan doğur. Bu siyahıda Moskvanın ABŞ seçkisinə müdaxiləsinə cavab olaraq cəzalandırılmalı olan şəxslərin adları yer alıb.

Lakin həm ABŞ-ın özündə, həm də xaricdəki bəzi müşahidəçilər bu siyahının düşünülmüş şəkildıə tərtib olunmadığını söyləyirlər. ABŞ-ın Maliyyə Nazirliyi yanvarın 30-da etiraf edib ki, “oliqarxların” siyahısı ictimaiyyət üçün açıq mənbələrdən, o cümlədən Forbes jurnalının siyahısından istifadə olunmaqla tərtib edilib.

ABŞ-ın iki administrasiyasında Rusiyaya qarşı sanksiyalar üzərində işləmiş Daniel Fried yanvarın 31-də deyib ki, siyahıya daxil edilənlərin kimliyi kifayət qədər diqqətlə öyrənilməyib.

Bununla belə, Atlantic Council analitik mərkəzindəki müzakirədə iştirak edən Fried ümid etdiyini bildirib ki, Konqresə verilmiş məxfi siyahı gələcəkdə daha güclü tədbirlərin görülməsinə imkan yaradacaq.

Trump administrasiyası Konqresə bildirmişdi ki, hazırkı vaxtda Rusiya üzərinə yeni sanksiyalar elan etməyəcək. Lakin maliyyə naziri Steven Mnuchin yanvarın 30-da deyib ki, “siz yaxın gələcəkdə, bəlkə də qarşıdan gələn bir neçə aydaəlavə sanksiyaların tətbiq olunduğunu görəcəksiniz”.

Trump Konqresin hər iki palatasında əksər səs çoxluğu ilə qəbul edilmiş Amerikanın Rəqiblərinə qarşı Sanksiyalar haqqında qanunu (CAATSA) çox həvəssiz imzalamışdı. Konqres bu qanunu ABŞ kəşfiyyatının gəlidiyi nəticələr əsasında qəbul etmişdi. Həmin nəticələrə görə Rusiyanın ABŞ prezident seçkisinə müdaxiləsi birbaşa Putinin komandası ilə həyata keçirilib.

Açıqlanmlış siyahı Konqresə yanvarın 29-datəqdim edilmiş məxfi hesabatın bir hissəsidir. Bu hesabat siyasətçilər arasında “Kreml hesabatı” kimi də tanınır.

Dövlət Departamentinin vəzifəli rəsmisi mətbuat brifinqində demişdi ki, yanvarın 29-u sanksiyaların açıqlanmasının son möhlət günü yox, onların tətbiq olunmasının başlanğıc günü sayılır.

O izah etmişdi ki, Rusiyaya qarşı yeni sanksiyaların qoyulmasına yanvarın 29-dan başlana bilər.

20 senatorun məktubunda administrasiya Rusiyanın ABŞ seçkilərinə gələcəkdə müdaxiləsinin qarşısının alınması üçün heç bir tədbir görməməkdə ittiham olunurdu.

Məktubda deyilir: “Bu qəbuledilməzdir. CAATSA qanununun mandatı əsasında yeni sanksiyaların tətbiq edilməməsi Rusiya hökumətini noyabrda keçiriləcək Konqres seçkilərinə yeni müdaxiləyə cəsarətləndirərək və ABŞ-ın müdafiəsiz qoyacaq”.

Demokratların belə mövqeyini bir sıra sıra respublikaçı millət vəkilləri də dəstəkləyirlər.

Putin hesabatı Rusiyaya qarşı “dost olmayan akt” adlandırıb və deyib ki, bu sənəd iki ölkə arasında onsuz da pis olan münasibətlərə yeni zərbə vuracaq.

Lakin o əlavə edib ki, Moskva bu hesabata dərhal reaksiya göstərməyərək təmkinli davranacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG