Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:49

Rusiya ABŞ-ın yeni sanksiyalarından narazıdır


Amerika Birləşmiş Ştatları Nüvə Silahının Yayılmamasına dairMüqaviləni (Non-proliferation Act –NPT) pozmuş 30 xarici vahid və fərd üzərinə yeni sanksiyalarını elan edib.

Dövlət Departamentinin saytında dərc olunmuş məlumatda deyilir ki, bu vahid və fərdlər İran, Şimali Koreya və Suriya ilə əlaqədar 10 xarici ölkəni təmsil edirlər.

Sənəddə bu xüsusilə vurğulanır ki, “yalnız konkret qurum və şəxslərə aid olan bu sanksiyalar onların təmsil etdikləri ölkə və ya hökumətlərə aid deyil”.

Bu da bildirilir ki, martın 21-də imzalanmış bu sanksiyalar İrana ballistik raket proqramı üçün həssas materialları transfer etmiş 11 qurum və fərddən ibarət qrupa şamil edilir.

Sənəddə verilmiş siyahıdan görünür ki, sanksiyalar əsasən Çindən, habelə Şimali Koreya və Birləşmiş Ərəb Əmirliklərindən olan “qurum və şəxslərə” tətbiq edilir.

Dövlət Departamentinin bəyanatında deyilir ki, 21 mart sanksiyaları başqa pozuntularla bağlı daha 19 xarici vahid və fərdə şamil edilir.

Bu qurum və şəxslərin İran, Şimali Koreya və Suriyaya və ya bu ölkələrdən ixrac nəzarəti siyahısında olan materialların transferində iştirak etdikləri bildirilir.

Sözü gedən sanksiyalara dair sənəddə 19 xarici vahid və fərdin adı və ya kimliyi konkret olaraq bildirilmir.

8 Rusiya şirkəti

Buna baxmyaraq 21 mart sanksiyaları ilə bağlı məlumat yaymış Rusiya mediası xəbər verir ki, sanksiayalara düşənlərin arasında 8 Rusiya şirkəti də var.

Rusiyanın Sputnik şəbəkəsinin Vaşinqton müxbiri ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən bunların İran, Şimali Koreya və Suriya ilə bağlı şirkətlər olduğunu xəbər verib.

Mariya Zaxarova sanksiyaların "təəccüb və təəssüf" doğurduğunu yazıb
Mariya Zaxarova sanksiyaların "təəccüb və təəssüf" doğurduğunu yazıb

Sputnikin xəbərində, yenə də “Dövlət Departamenti nümayəndəsinə” istinadən bildirilir ki, bu sanksiyaların “Krımın Rusiya ilə birləşməsi” və ya Ukraynanın şərqindəki münaqişə ilə bağlı qoyulmuş sanksiyalarla əlaqəsi yoxdur.

Rusiya mediasında adları çəkilən şirkətlər bunlardır: 150 nömrəli Təyyarə Təmiri Zavodu, Bazalt, Kolomna Maşınqayırma Konstruktor Bürosu, Rosoboronaexport, Aviaexport, Mülki Aviasiyanın Ulyanovsk Ali Aviasiya Akademiyası, Mülki Aviasiyanın Ural Təlim Mərkəzi, Jukovski və Qaqarin Akademiyası.

TASS xəbər agentliyi bildirib ki, Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ hakimiyyət orqanlarının Rusiyanın 8 şirkəti üzərinə qoyduğu sanksiyalarla bağlı təəəsüf ifadə edib.

Nazirliyin sözçüsü Mariya Zaxarova özünün Facebook səhifəsində yazır ki, ABŞ-ın Rusiyanın təyyarə istehsal edənvə aviasiya mütəxəssislərini hazırlayan qurumları da daxil 8 şirkətinə qarşı sanksiyalar tətbiq etmək qərarı “təəccüb və təəssüf” doğurur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG