Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

ABŞ Rusiya, Çin və Sinqapur şirkətlərinə sanksiyalar qoyur


Birləşmiş Ştatlar Şimali Koreyanın nüvə proqramının maliyyələşdirilməsinə kömək məqsədilə malların qanunsuz daşınması ilə məşğul olduğu deyilən üç xarici şirkətə sanksiyalar qoyub.

ABŞ Maliyyə Nazirliyi avqustun 15-də bildirib ki, söhbət Çin, Sinqapur və Rusiyada yerləşən şirkətlərdən gedir. Bundan əlavə Rusiya şirkətinin rəhbərinin adı sanskiya siyahısına daxil edilib.

Bu şirkətlərin ABŞ yurisdiksiyası ilə bütün mümkün əlaqələri bloklanıb və ABŞ vətəndaşlarına bu firmalarla biznes etmək qadağanı qoyulub.

Pxenyanla birbaşa danışıqlara başlamasına baxmayaraq Vaşinqton Şimali Koreyaya qarşı bütün beynəlxalq sankisiyaların icra edilməsinə nəzarət edir.

Maliyyə naziri Steven Mnuchin deyib ki, Şimali Koreya tam nüvəsizləşənədək ona qarşı bütün sanksiyalar qüvvədə qalacaq.

ABŞ Maliyyə Nazirliyi Rusiyada mənzillənmiş Profinet Pte Şirkətini Rusiyanın Uzaq Şərqindəki üç dəniz limanında Şimali Koreya bayrağı altında üzən gəmilərin yüklənib-boşaldılması işlərini görməkdə ittiham edir.

Nazirlik bildirir ki, Profinet şirkətinin direktoru Vasiliy Aleksandrovich Kolchanov Şimali Koreya ilə “şəxsən işbirliyində” olub.

ABŞ tərəfindən sanksiyalanan iki digər şirkət isə Çində mənzillənmiş Dalian Sun Moon Star International Logistics Trading Co və onun Sinqapurda mənzillənmiş SINSMS Pte filialıdır.

Bu şirkətlər sənədləri saxtalaşdırmaqla Şimali Koreyaya alkoqol və siqaret daşımalarında iştirak ediblər.

XS
SM
MD
LG