Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 14:18

Rusiya deyir ki, Avropa üzərindəki radioaktivlik Yerə düşən peykdən gələ bilərdi


BMT Atom Enerjisi Agentliyi sözü gedən vaxtda Yerin atmosferinə ruteniumla işləyən heç bir peykin daxil olmadığını bildirib

Rusiyada nüvə enerjisi sənayesinə rəhbərlik edən Rosatom bildirib ki, payızın əvvəllərində Avropa üzərində radioaktivliyin yüksəlməsi yerə düşən süni peyklə bağlı ola bilərdi.

Dekabrın 8-də keçirilmiş mətbuat konfransında nüvə alimi Rafael Arutyunyan deyib ki, Rosatom-un təhqiqat komissiyası Mayak nüvə stansiyasında və ya hər hansı başqa nüvə qurğusunda radioaktiv ruthenium-106 izotoplarının sızmsanı aşkar etməyib.

Avropanın nüvə təsisatları sentyabrın sonlarında və oktybarın əvvəllərində qitə üzərində nüvə tullantısı buludu müşahidə etdikdən sonra həyəcan qaldırmışdılar. Onların başlıca şübhəsi Rusiyanın Çelyabinsk şəhəri yaxınlığındakı Mayak nüvə qurğusundan idi.

Fransanın nüvə təhlükəsizliyi institutu - IRSN noyabrın 9-da bildirmişdi ki, rutenium-106 böyük bir ehtimalla ya Rusiyanın cənubunda, ya da Qazaxıstanın şimalındakı nüvə zavodlarının və ya radioaktiv tibb mərkəzlərinin birindən qaynaqlanır.

IRSN bunu da bildirirdi ki, radioaktiv çirklənmə sağlamlıq və ya ətraf mühit üçün təhlükə təşkil etmir. Bununla belə, başlıca narahatlıq Moskvanın Rusiyada və xaricdə hadisə ilə bağlı heç bir həyəcan qaldırmamasından idi.

Arutyunyan deyib ki, komissiyanın gəldiyi nəticəyə görə nüvə çirklənməsi içində rutenium olan peykin kosmosdan Yerin atmosferinə daxil olarkən yanması zamanı baş verə bilərdi.

IRSN də bu qənaətdə idi ki, radioaktivliyin mənbəyi generatorunda rutenium olan peykdən gələ bilər.

Amma sonradan, noyabrda IRSN-nin sağlamlıq üzrə direktoru Jean-Christophe Gariel peyk versiyasına inanmadığını bildirmişdi.

O, sözü gedən vaxtda Yerin atmosferinə ruteniumla işləyən heç bir peykin daxil olmadığını bildirən BMT Atom Enerjisi Agentliyinə istinad edirdi.

Mayak stansiyası isə onun barəsində yayılan xəbərləri təkzib edib və bildirib burada 2017-ci ildə rutenium istehsal olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG