Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:57

ABŞ Rusiyadan Dünya Ticarət Təşkilatına şikayət edir


DTT-nin Cenevrədəki qərargahı
DTT-nin Cenevrədəki qərargahı

Birləşmiş Ştatlar Moskvanı, ABŞ-ın Rusiya poladı və alüminiumu üzərinə qoyduğu yeni idxal rüsumlarına cavab tədbiri görərkən Dünya Ticarət Təşkilatının (DTT) qaydalarını pozmaqda ittiham edib.

ABŞ-ın DTT-yə avqustun 29-da təqdim etdiyi şikayətdə deyilir ki, Rusiyanın yeni rüsumları yalnız ABŞ məhsullarına qoyulub və başqa ölkələrə şamil edilməyib.

Şikayətdə habelə bildirilir ki, Rusiyanın gömrük rüsumları DTT-yə üzvlüyün icazə verdiyi faizdən yuxarıdır.

Qaydalara görə DTT-yə şikayətin təqdim edilməsindən başlanaraq 60 gün müddətində tərəflərə öz aralarında razılıq əldə etmək imkanı verilir. Məsləhətləşmə adlanan bu mərhələdə razılaşma əldə olunmazsa, ABŞ bu məsələ barədə qərarın çıxarılmasını DTT-dən rica edə bilər.

Vaşinqton mart ayından ölkəyə gətirilən polada 25, alüminiuma isə 10 faizlik rüsum qoyub. Bu tədbir əsasən Çini hədəfləsə də, Rusiya da daxil başqa ölkələrin ixracatını da təsirləndirib.

TASS dövlət xəbər agentliyi Kremlin sözçüsü Dmitry Peskova istinadən bildirir ki, Moskva özünü DTT-də müdafiə etmək üçün imkanında olan “geniş” əks-arqumentlərdən istifadə edəcək.

İyulun 6-da Moskva ABŞ-ın rüsumlarına qarşı bir sıra ABŞ məhsulları üzərinə idxal rüsumları qoyub. Bunlar əsasən Rusiyada əvəzi istehsal oluna bilən mallardır.

Rusiya ABŞ-da istehsal olunan yol tikintisi avadanlığının, neft-qaz cihazlarının, metal emalı alətlərinin, qazma avadanlığının və optik liflərin üzərinə rüsumlar müəyyən edib.

Rusiya tərəfi bildirir ki, əks-tədbirlərdən məqsədABŞ-ın rüsumlarına görə Rusiyanın ixracatçı şirkətlərinin çəkdiyi 88 milyon dollarlıq ziyanın ödənməsidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG