Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Almaniya qəzeti: Rusiya gözləndiyindən daha çox qanadlı raketlər yerləşdirib


Rusiya 9M729 raketini nümayiş etdirir 23 yanvar, 2019.
Rusiya 9M729 raketini nümayiş etdirir 23 yanvar, 2019.

Almaniya Frankfurter Allgemeine Sonntagszeitung (FAZ) qəzeti yazır ki, Rusiya gözləndiyindən daha çox yeni qanadlı raketlər yerləşdirib.

Mənbənin məlumatına görə söhbət 9М729 raketlərindən gedir.

Qəzetin fevralın 10-da qərb kəşfiyyatındakı adı çəkilməyən mənbəə istinadla verdiyi məlumata görə, bu raket batalyonları Şimali Osetiyanın Mozdok rrayonu və Moskva ətrafındakı Şue ərazisində yerləşdirilib.

Qeyd edək ki, Birləşmiş Ştatlar fevralın 2-də soyuq müharibə dövründə Rusiya ilə imzalanmış raket müqaviləsindən çıxdığını bəyan edib.

1987-ci ildə imzalanan həmin müqavilə 500-dən 5000 kilometrədək uçan raketlərin istehsalı, saxlanması və yerləşdirilməsini qadağan edirdi.

Bundan sonra Moskva da eyni addım atıb.

Tərəflər dəfələrlə bir-birlərini həmin müqavilənin şərtlərini pozmaqda günahlandırır.

Mənbənin yazdığına görə, dörd batalyonunun hər birində 4 təkərli raket buraxan qurğu, onların hər birində isə 4 ədəd raket var.

Mənbə qeyd edir ki, Rusiyada adi və nüvə başlıqları daşıya bilən azı 64 belə raket var.

Frankfurter Allgemeine Sonntagszeitung (FAZ) yazır ki, 2350 kilometrlik məsafə qət edə bilən bu raketlər, indiki mövqelərindən Şərqi və Şimali Avropanı hədəfləyə bilər.

Bu raket sistemlərinin yerini dəyişəndə isə, onlar Portuqaliyadan başqa bütün Avropaya çata bilir.

Rusiya isə iddia edir ki, bu raketlər 480 kilometrlik məsafəni qət edə bilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG