Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Rusiya peyk əleyhinə yeni müdafiə sisteminin uğurlu sınağını keçirib


Topol RS-12M ballistik raketi.
Topol RS-12M ballistik raketi.

Rusiya ötən ilin dekabrında, peyk əleyhinə yeni müdafiə sisteminin uğurlu sınağını keçirib.Söhbət PL-19 Nudol sistemindən gedir.

Bu barədə CNBC ABŞ kəşfiyyatındakı mənbələrə istinadla xəbər verir.

Mənbənin məlumatına görə raket 17 dəqiqəyə 3 min kilometrlik məsafəni qət edib və uğurla hədəfə yetişib.

Mənbə bildirir ki, bu artıq Rusiyanın keçirdiyi 7-ci belə sınaqdır.

2018-ci ildə Rusiya 2 belə sınaq keçirib.

CNBC-nin məlumatına görə, PL-19 Nudol raketi aşağı yer ətrafı orbitdəki kommunikasiya və naviqasiya peyklərini sıradan çıxarmaq üçündür.

Rusiya hələlik bu məlumata münasibət bildirməyib.

ABŞ prezidenti Donald Trump, bu il yanvarın 17-də ABŞ-ın raket əleyhinə yeni müdafiə stradegiyasını təqdim elədi.

Strategiyada xüsusilə Alyaskada əlafə radarlar qurulması və kosmosda raket əleyhinə müdafiə sistemi qurulmasının mümkünlüyü nəzərdə tutulur.

Trump bunun, İran, Çin, Rusiya və Şimali Koreyadan gələn təhlükələr üçün vacib olduğunu deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG