Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:08

Rusiya Venesuela barədə Trump-a məlumat vermədiyini deyir


Sergei Lavrov
Sergei Lavrov

Rusiya ABŞ prezidenti Trump-a öz hərbi heyətini Venesueladan çıxardığına dair məlumat verdiyini təkzib edib.

Trump bu barədə öz tvitlərindən birində yazmışdı.

İyunun 4-də Rusiyanın xarici işlər naziri Sergei Lavrov Trump-ın bir gün əvvəl yazdığı tvit barədə deyib:

"Mən bunu oxuyanda təəccübləndim. Biz heç kimə məlumat verməmişik. O yəqin ki, The Wall Street Journal qəzetindəki məqaləni oxuyub”.

Trump mart ayında Rusiya Venesuelaya hərbi avadanlıq və heyət göndərəndə Moskvadan hərbçilərini bu ölkədən çıxarmağı tələb etmişdi. Rusiya Venesuelada prezidentliyini qoruyub saxlamağa çalışan Nicolas Maduronu dəstəkləyir.

Birləşmiş Ştatlar isə Maduronun hakimiyyətdən getməsinə çalışır. Son aylarda yüz minlərlə insan Maduronun istefasını tələb edən nümayişlər keçirib.

Trump iyunun 3-də Twitter-də yazmışdı ki, guya Rusiya ona adamlarının əksəriyyətini Venesueladan çıxardığına dair məlumat verib.

Bu tvitdən bir gün əvvəl The Wall Street Journal qəzeti Rusiya Müdafiə Nazirliyindən adının çəkilməsini istəməyən bir mənbəyə istinadən Rusiyanın Venesueladakı hərbi müşavirlərinin çoxunu oradan çıxardığını yazırdı.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Rusiya Birləşmiş Ştatlara hərbçilərin hər hansı çıxarılması barədə məlumat verməyib və Rusiya mütəxəssisləri Venesuelada işlərini davam etdirirlər.

Lakin nə Lavrov, nə də Peskov Rusiya müşavirlərinin sayının əhəmiyyətli dərəcədə azaldıığı barədə məsələyə toxunmayıb.

The Wall Street Journal qəzeti iyunun 2-də yazırdı ki, Rusiyanın müdafiə şirkəti Rostec Venesueladakı 1000-dək hərbi mütəxəssisin sayını əhəmiyyətli dərəcədə azaldıb və indi Venesuelada 10-15 hərbi müşavir qalır.

Qəzet bildirirdi ki, Venesuela ordusuna Rusiya silahlarından istifadəni öyrədən Rostec, öz heyətini Venesueladan Maduro hökumətinin onun xidmətlərinə görə ödniş etmək imkanında olmadığına görə çıxarır.

Lakin bunun ardınca Rostec bildirib ki, qəzet hərbi heyətin çıxarılmasına dair məlumatı “onqat şişirdib”.

Rusiyanın dovlət korporasiyası əlavə edib ki, onun mütəxəssisləri kontarktlardan asılı olaraq müxtəlif ölkələrə vaxtaşırı gedib-gəlirlər.

Rostec bildirir ki, Venesuelanı tərk edənlər də əsasən buradakı təyyarələrin təmirini başa çatdıranlar olub.

ABŞ administrasiyası Rusiyanın bu təkzibinə hələlik münasibət bildirməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG