Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Aprel, şənbə, Bakı vaxtı 20:45

Avropanın yeni təklifləri Rusiyanın “Şimal axını 2” kəmərini sərfəsiz edə bilər


1200 kilometrlik “Şimal axını 2” kəməri Rusiya qazını Baltik dənizinin dibi ilə birbaşa Almaniyaya nəql etməlidir

Avropa Komissiyasının noyabrın 8-də açıqladığı yeni təklif Rusiyanın “Şimal axını 2” layihəsini sərfəsiz edə bilər. Komissiya Avropa İttifaqına daxil olan bütün qaz kəmərlərinin vahid yurisdiksiya altına gətirilməsini təklif edir.

Rusiyanın 1200 kilometrlik “Şimal axını 2” (Nord Stream 2) kəməri Rusiya qazını Baltik dənizinin dibi ilə birbaşa Avropa İttifaqının üzvü olan Almaniyaya nəql etməlidir.

Bu layihə 2015-ci ildə bir neçə ölkə kəmərin Avropanın Rusiya qazından asılılığını dəriləşdirəcəyinə dair tənqidlərindən sonra dayandırılmışdı. Avropa Şurasının prezidenti Donald Tusk o vaxt demişdi ki, bu layihə Avropa İttifaqının marağında deyil.

Noyabrın 8-də Brüsseldə Avropa Komissiyasının Enerji İttifaqına cavabdeh vise-prezidenti Maros Sefcovic tərəfindən açıqlanmış təklifdə deyilir ki, Avropa İttifaqı ərazisinə daxil olan bütün kəmərlər 28 ölkənin daxil olduğu təşkilatın şəffaflıq, açıqlıq və səmərəlilik prinsiplərinə riayət etməlidir.

Rusiyanın dövlət nəhəngi Gazprom “Şimal axını 2” layihəsinin yeganə səhmdarıdır, hərçənd Avropanın - Engie (Fransa), OMV (Avstriya) Shell (Britaniya-Hollandiya), habelə Uniper və Wintershall (Almaniya) kimi enerji firmaları kəmərin ümumi xərcinin yarısını ödəməyə hazır olduqların bildiriblər.

Sefcovic Brüsseldə keçirilən mətbuat konfransında deyib ki, “sürətli qaydada” qəbul ediləcəyi gözlənilən yeni təkliflər çoxdan ehtiyac duyulan “aydınlıq və hüquqi müəyyənliyə” hesablanıb.

Sefcovic “Şimal axını 2” kəmərini “ziddiyyətli layihə” adlandırıb.

Yeni təkliflər Avropa İttifaqının parlamenti və hər bir üzv ölkə tərəfindən qəbul edildikdən sonra qanun qüvvəsinə minəcək.

XS
SM
MD
LG