Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:30

Rusiya 'antisanksiya qanununu' qəbul etməkdə çətinə düşüb


Dövlət Duması
Dövlət Duması

Rusiya parlamentinin aşağı palatası Dövlət Duması ABŞ və başqa ölkələrin Moskvaya qarşı sanksiyalarının əleyhinə yönəlmiş qanun layihəsinə ikinci oxunuşda düzəliş edib və akt qəbul olunub.

Qanun layihəsinin üçüncü və sonuncu oxunuşu mayın 22-ə təyin edilib. Bu qanun layihəsi hökumətə “Moskvaya dost olmayan” ölkələrin bəzi mallarının ticarətini qadağan etmək inkanı verəcək.

Qanun layihəsinin ilkin variantına görə Birləşmiş Ştatlardan və “Rusiyaya qarşı dost olmayan hərəkətlərə yol verən ölkələrdən” tibbi dərmanların, alkoqolun və tütün məmulatlarının, aqrar və sənaye mallarının, texnoloji avadanlığın və kompüter proqramlarının alınmasını qadağan edir.

Lakin çox sayda ekspert bu qanunu pisləyərək bildirib ki, akt Rusiyanın əczaçılıq sektorunda və iqtisadiyyatın başqa sahələrində çətinliklıər yarada bilər. Bu tənqidlərdən sonra millət vəkilləri layihədən bir sıra mal və məhsulların, xidmət və sənaye sektorlarının adlarını çıxarıblar.

Bu düzəlişə əsasən qanunun hansı mal və xidmətləri məhdudlaşdıracağını hökumət müəyyən edəcək. Başqa sözlərlə, nəyin qadağan olunub-olunmayacağı barədə qərar birbaşa Putin tərəfindən qəbul olunacaq. Beləliklə, Putin həm də qadağanların qaldırılması üçün göstərişləri şəxsən, lakin Milli Təhlükəsizlik Şurasının məsləhəti ilə verəcək.

Qanun layihəsində habelə Maliyyə Nazirliyinə Rusiya şirkətlərində iştirak edən xarici kapitalın 25 faizədək məhdudlaşdırılması tövsiyə edilir.

Mayın 17-də Dövlət Duması habelə başqa bir qanun layihəsinin ikinci oxunuşunu etməli idi. Bu qanun Birləşmiş Ştatları və başqa ölkələri Rusiya üzərinə sanksiyalar qoymağa “sövq edən” şəxslərə qarşı cinayət işinin qaldırılmasını nəzərdə tutur. Bu qanunla təqsirli bilinənləri 4 ilədək həbsxana cəzası gözləyə bilər.

Həmin qanuna görə Rusiya üzərinə sanksiyaların qoyulmasında məsləhət və informasiya verən şəxslərin hərəkəti cinayət əməli sayılacaq. Belə şəxslərə üç il müddətinədək həbsxana cəzası verilə və ya onlar 500 min rubl (8090 dollar) cərimə oluna bilərlər.

Lakin Duma spikeri Vyacheslav Volodin deyib ki, millət vəkilləri bu qanun üzərində əlavə məsləhətləşmələr üçün qeyri-müəyyən müddətdə vaxt istəyiblər.

Bundan az əvvəl prezident yanında İnsan Haqları Şurası və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı qanun layihəsini sərt tənqid etmişdilər. Onlar bildirirdilər ki, belə bir qanun biznes üzərinə təzyiq gətirərək iqtisadiyyata xarici investisiyaları azalda bilər.

Müstəqil ekspertlər deyirlər ki, sözü gedən qanunlar Putinə yaxın oliqarxlara və rəsmilər qarşı ABŞ sanksiyalarına cavab olaraq düşünülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG