Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 08:47

Hökuməti tənqid edənlərə qarşı cinayət işi qaldırıla bilər


Vladimir Kara-Murza Kremlin sərt tənqidçilərindəndir

Rusiya parlamentinin aşağı palatası – Dövlət Dumasına təqdim edilmiş yeni qanun layihəsinə əsasən Kremlin tənqidçiləri cinayət təqibi və mühakimə ilə üzləşə bilərlər.

Yeni qanun layihəsinin müəlliflərindən biri – millət vəkili Andrey Isayev mayın 16-da bildirib ki, qanun layihəsi Dumada yekdilliklə bəyənilib.

Bu qanun ABŞ-ın Rusiya rəsmilərinə, maqnat və şirkətlərinə qarşı sanksiyalarına cavab kimi təqdim olunub.

Isayev yeni qanunla cəzalandırıla biləcək şəxslərdən birinin konkret olaraq adını çəkib. O deyib ki, bu şəxs prezident Vladimir Putinin kəskin tənqidçisi Kara-Murzadır. O insan haqlarını pozduqlarına görə Rusiya rəsmiləri üzərinıə ABŞ və Avropa sanksiyalarının qoyulması üçün geniş lobbiçilik fəaliyyətindədir.

Isayev deyib: "Mən ona Dövlət Dumasının deputatı kimi xəbərdarlıq edirəm: əgər bu layihə qanun kimi qəbul edilərsə, onun fəaliyyətləri cinayət əməli sayılacaq”.

Deputat Andrey Isayev
Deputat Andrey Isayev

Isayev bildirib ki, yeni qanunun gücündən Rusiya üzərinə “sanksiyalar qoyduran başqalarının” da mühakimə edilməsi üçün istifadə olunacaq.

Yeni qanun təqsirli bilinən şəxslərin 4 ilədək azadlıqdan məhrum edilməsini nəzərdə tutur.

Rusiyada məşhur sənaye lobbiçilik qruplarından biri mayın 16-da qanun layihəsi təklifini tənqid edib.

Qanun layihəsinin qəbul edilməsi üçün onun Dumada iki oxunuşdan keçməsi zəruridir.

Kara-Murza ötən üç ildə iki dəfə qəfil xəstələnib və Moskvanı onu zəhərləməkdə ittiham edir.

Kara-Murza ABŞ-da Rusiyaya qarşı sərt Magnitsky qanunun qəbul edilməsində əhəmiyyətli rol oynayıb.

O həmçinin Vaşinqtonda Rusiya səfirliyinin qarşısındakı meydana qətlə yetirilmiş müxalifət lideri Nemtsovun adının verilməsinin təşəbbüsçülərindən biridir.

Isayevin bəyanatına cavab verən Kara-Murza deyib ki, planlarını və mövqeyini dəyişmək niyyətində deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG