Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Rusiya da orta və kiçik mənzilli raketlərlə bağlı müqavilədən çıxır


 Rusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin

Rusiya orta və kiçik mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədə iştirakını dayandırır.

RİA “Novosti”- nin fevralın 2-də verdiyi məlumata görə,bunu Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergei Lavrov və müdafiə naziri Sergei Shoygu ilə görüşdə deyib.

“Amerikalı tərəfdaşlarımız elan elədilər ki, bu müqavilədə iştiraklarını dayandırırlar. Ona görə də biz də dayandırırıq. Onlar, elmi-tətdiqat və təcrübəli konstruktor işi ilə məşğul olduqlarını açıqladılar. Bunu biz də edəcəyik”, Putin deyib.

ABŞ prezidenti Donald Trump bundan əvvəl bəyan etmişdi ki, ABŞ fevralın 2-dən bu müqavilədən çıxmağa başlayacaq.

Həmin müqaviləni 1987-ci ildə prezidentlər Ronald Reaqan ilə Mikhail Gorbachev imzalamışdılar.

ABŞ hesab edir ki, Rusiya silahlı qüvvələrinə 9M729 “Novator” raketinin qəbulu bu müqavilənin şərtlərini pozur.

Moskva ittihamı rədd edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG