Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Jurnalistləri Müdafiə Komitəsi Rusiyanın son addımından dərin narahatdır


Committee to Protect Journalists - CPJ Official Logo
Committee to Protect Journalists - CPJ Official Logo

Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi bildirir ki, Rusiyanın bir sıra jurnalistlər və bloqqerlərə “xarici agent” damğası vurması, azad informasiya axınının qarşısının alınması yönündə hakimiyyətin yeritdiyi “müntəzəm siyasətdə” sonuncu addımdır.

Nyu-Yorkda yerləşən komitənin iyulun 3-də yaydığı bəyanat Rusiya hakimiyyətini “bu kursdan dönməyə” və ölkə vətəndaşlarının məhz “geniş mənbələrdən” informasiya almasına imkan yaratmağa çağırır.

Bəyanatda qeyd edilir ki, Rusiya Dövlət Dumasının informasiya və rabitə məsələləri üzrə komitəsi elə həmin gün qanunvericiliyə, hakimiyyətin sıravi şəxsləri “xarici agent” elan etməsinə imkan yaradan düzəlişi təsdiqləyib. Söhbət Ədliyyə nazirliyinin “xarici agent” hesab etdiyi kütləvi informasiya vasitələrində (KİV) çalışan şəxslərdən gedir.

Qanun layihəsinə görə,həmin şəxslər hər il yoxlamadan keçməli və iki illik fəaliyyətləri barədə hesabat verməlidirlər.

Qanun layihəsinin qüvvəyə minməsi üçün onu Parlamentin hər iki palatası və prezident Vladimir Putin də təsdiqləməlidir.

Rusiya Dövlət Duması
Rusiya Dövlət Duması

Rusiyanın Ədliyyə nazirliyi hələ ki, “xarici agent” kateqoriyasına düşən media təşkilatlarını müəyyən edəcək.

Məlumata görə təklif olunan qanun layihəsində həmçinin məhkəmənin qərarı olmadan veb-saytlar və digər KİV vasitələrinin bloklanmasını əngəlləyən maddə də var.

Bəyanatda qeyd edilir ki, qanun layihəsi belə bir narahatlıq doğurur ki, Moskva “xarici agent yarlığı”ndan KİV vasitələri ilə yanaşı Rusiyada işləyən xarici müxbirlərə qarşı da istifadə edə bilər.

Rusiya prezidenti Vladimir Putin ötən ilin noyabrında Ədliyyə nazirliyinə, xaricdən maliyyələşdirilən və ya xaricdən yaradılmış KİV vasitələrini “xarici agent” hesab etmək səlahiyyəti verən qanun imzalayıb.

Buna da bax:"Rusiya ‘xarici agent’ adını fərdi jurnalistlərə də şamil edəcək"

Rusiya, qərb ölkələri və media hüquqları qrupları tərəfindən tənqid edilən bu qanun layihəsinin, Birləşmiş Ştatlarda Rusiyanın KİV vasitələrinə təzyiqə cavab olduğunu deyir.

Vaşinqtonsa Rusiyanın kütləvi informasiya vasitələrinə heç bir təzyiq göstərmədiyini deyir.

Rusiyanın Ədliyyə nazirliyi ötən ilin dekabrında “Amerikanın səsi”, “Azad Avropa və Azadlıq Radiosu” və bir neçə informasiya agentliklərini xarici agent adlandırıb.

Rusiyanın Ukraynaya təcavüzü və 2016-cı ildə ABŞ-dakı prezident seçkilərinə mümkün müdaxiləsindən sonra Vaşinqtonla Moskva arasında münasibətlər kəskin gərilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG