Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Rusiyanın baş prokuroru ABŞ-ın baş prokurorundan xahiş edir ki…


Rusiyanın baş prokuroru Yuri Çayka (solda) ABŞ-dan britaniyalı biznesmen William Browder-ə qarşı cinayət işi açmağı xahiş edib
Rusiyanın baş prokuroru Yuri Çayka (solda) ABŞ-dan britaniyalı biznesmen William Browder-ə qarşı cinayət işi açmağı xahiş edib

Rusiyanın baş prokuroru Yuri Çayka ABŞ-ın baş prokuroru Jeff Sessions-dan britaniyalı investor William Browder-ə qarşı cinayət işinin açılmasını rica edib. AzadlıqRadiosu xatırladır ki, Rusiya üzərinə sanksiyalar qoyan Maqnitski qanunun qəbulu məhz William Browder-in əməkdaşının müəmmalı ölümü ilə əlaqədar qəbul olunub.

Oktyabrın 24-də Rossiya 24 telekanalı vasitəsilə yayılmış bəynatında Çayka bu xüsusda Sessions-a məktubla müraciət etdiyini bildirib.

Rusiyanın baş prokuroru habelə Browder-in həmkarlarına qarşı da cinayət işlərinin açılmasını və Maqnitski qanununa yenidən baxılmasını istəyir.

Çayka bildirir ki, Maqnitski qanunu heç bir əsas olmadan və Rusiyada cinayət törətmiş şəxslərin lobbiçiliyi ilə qəbul edilib.

Çaykanın bu bəyanatından az əvvəl ABŞ Gömrük və Sərhəd Xidməti bildirmişdi ki, Hermitage Capital şirkətinin təsisçisi William Browder istədiyi vaxt Birləşmiş Ştatların ərazisinə daxil ola bilər.

Oktyabrın 23-də Browder demişdi ki, Rusiya onu Interpolun siyahısına saldırdığına görə Birləşmiş Ştatlara uçuşu bloklanıb.

Browder 2013-cü ildə Moskva məhkəməsi tərəfindən vergidən yayınma ittihamı ilə qiyabi olaraq 9 il müddətinə azadlıqdan məhrum edilib.

Fevral ayında Rusiyada Browder-ə qarşı vergidən yayınma ittihamı ilə daha bir cinayət işi qaldırılıb və Moskva məhkəməsi onun həbsinə order verib.

Çayka habelə bildirir ki, o Browder-in, yaşadığı və vətəndaşı olduğu Birləşmiş Krallıqdan Birləşmiş Ştatlara ekstradisiya edilməsi “imkanının” olduğuna inanır.

Çayka Browder haqqında bunları deyib: “Təsadüfi deyildir ki, o vətəndaşlığını dəyişib. O ABŞ vətəndaşı olub və vergi ödəməyib. İndi isə o Birləşmiş Krallıq vətəndaşıdır və yəqin elə düşünür ki, Birləşmiş Krallıq heç kimi heç bir başqa ölkəyə ekstradisiya etmir”.

Browder ona qarşı ittihamları bir qayda olaraq əsassız və siyasi motivli adlandıraraq rədd edib. Interpol isə bundan əvvəl Rusiyanın onu həbs etdirmək istiqamətində bir neçə cəhdlərini rədd edib.

Browder 2005-ci ildə Rusiyadan qaçanadək bu ölkənin ən böyük investisiya paketinə malik idi.

Sergey Maqnitski Rusiya rəsmilərini böyük miqyaslı fırıldaqda ittiham edirdi
Sergey Maqnitski Rusiya rəsmilərini böyük miqyaslı fırıldaqda ittiham edirdi

Rusiya hökuməti apardığı beynəlxalq kampaniya ilə Browder-in üzərinə təzyiq tətbiq etməyə və ABŞ-ın Maqnitski qanununun etibarlığını şübhə altına salmağa çalışır. 2012-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş bu qanun Rusiyada korrupsiya sirlərini faş etmiş mühasib Sergey Maqnitskinin ölümündə əli olduğu iddia edilən rusiyalılar üzərinə viza qadağanı qoyub vıə onların aktivlərini həbs edib.

Browder-in şirkətində işləyən Maqnitski 2009-cu ildə Moskva həbsxanasının kamerasında ölməzdən əvvəl Rusiya hüquq-mühafizə orqanlarını və vergi rəsmilərini böyük vergi fırıldağı sxemi qurmaqda ittiham etmişdi.

Maqnitskinin ailəsi və dostları onun işgəncəyə məruz qaldığını, döyüldüyünü və həyati tibb yardımından məhrum edildiyini bildirirlər.

AzadlıqRadiosu xatırladır ki, ötən il Trump prezident seçkisində qalib gəlməzdən əvvəl Nyu Yorkda Trump-ın böyük oğlu və onun digər yaxın adamları ilə rusiyalı vəkil arasındakı görüşdə məhz Maqnitski qanunun müzakirə olunmalı olduğuna inanılır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG