Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:58

Rusiya müxalifəti mitinq üçün müraciət edib


Rusiya müxalifəti prezident Putinin yenidən prezident seçilməsi təklifi ilə bağlı etiraz edir. "Açıq Rusiya" və "Dəyişikliklər Partiyası" Moskva meriyasına mitinq üçün müraciət ediblər. Mitinqin martın 21-də keçirilməsi nəzərdə tutulur. Təşkilatçılar hesab edir ki, Rusiya Konstitusiyasının dəyişdirilməsi hüquqa ziddir: "Bu ölkədə hakimiyyətin 20 ildən artıq dəyişməməsi o deməkdir ki, ölkənin gələcəyi yoxdur".

Martın 10-da Dövlət Duması prezident Vladimir Putinə 2024-cü ildə bir daha prezidentliyə namizədliyini verməsinə imkan yaradan konstitusiya düzəlişini qəbul edib.​

XS
SM
MD
LG