Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

ABŞ Rusiya-Cənubi Osetiya birgə hərbi qüvvə sazişini qanunsuz adlandırır


Vladimir Putin (sağda) və separatçı Cənubi Osetiyanın "prezidenti" Anatoli Bibilov
Vladimir Putin (sağda) və separatçı Cənubi Osetiyanın "prezidenti" Anatoli Bibilov

Birləşmiş Ştatlar Rusiya ilə Gürcüstandan qopmuş Cənubi Osetiya arasında müştərək hərbi qüvvənin yaradılmasına dair sazişi pisləyib.

Dövlət Departamentinin yanvarın 26-da verdiyi bəyanatda deyilir ki, Rusiyanın yanvarın 25-də ratifikasiya etdiyi bu saziş etibarsızdır.

Bəyanatda bildirlir: “Birləşmiş Ştatlar Rusiya Federasiyasının Gürcüstandan qopmuş Cənubi Osetiyanın de facto liderləri ilə birgə hərbi qüvvə barədə imzaladığı sazişin ratifikasiya edilməsini pisləyir. Biz bu üzdəniraq “müqavilənin” legitimliyini tanımırıq və o etibarlı beynəlxalq saziş sayılımır”.

Cənubi Osetiya və Abxaziyanın Rusiya tərəfindən dəstəklənən separatçıları 2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsinin ardınca bu bölgələrin Gürcüstandan müstəqiliyini elan ediblər. Rusiyadan başqa yalnız bir neçə ölkə onların müstəqilliyini tanıyıb.

Rusiya bildirir ki, bu saziş “ümumi müdafiə məkanının” yaradılmasına imkan verir və heç şübhəsiz 2008-ci ildə baş verənlərin təkrar olunmamasına zəmanət yaradır.

2008-ci il müharibəsinin ardınca Gürcüstan NATO üzvü olmaq istədiyini elan edib və Rusiya ilə diplomatik münasibətlərini kəsib. Moskva Gürcüstandan qoparılmış hər iki bölgədə öz qoşunlarını saxlayır.

Dövlət Departamentinin bəyanatında deyilir ki, Birləşmiş Ştatların Abxaziya və Cənubi Osetiyaya dair mövqeyi dəyişməz olaraq qalır: “Birləşmiş Ştatlar Gürcüstanın ərazi bütövlüyü onun beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri daxilində dəstəkləyir”.

Bəyanatda deyilir: “Birləşmiş Ştatlar bu sazişin Rusiyanın da iştirakçı olduğu Cenevrə Beynəlxalq Müzakirəsinin prinsiplərinə zidd olduğunu bir daha vurğulayır.Birləşmiş Ştatlar Rusiya öz qüvvələrini 2008-ci il müharibəsindən əvvəlki mövqelərinə çəkməyə və Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyinin tanınması barədə qərarını ləğv etməyə çağırır”.

XS
SM
MD
LG