Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:46

SOCAR-ın zavodunda Rusiya nefti


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki neft emalı zavoduna (NEZ) Rusiya neftinin təchizatına dair “Rosneft”lə kontrakt imzalayıb.

SOCAR-dan bildirilib ki, prezident İlham Əliyevin sentyabrın 1-də Rusiyaya rəsmi səfəri çərçivəsində “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti ilə onların arasında kontrakt imzalanıb. Sənədi “Rosneft”in baş icraçı direktoru İqor Seçin və SOCAR-ın prezidenti Rövnəq Abdullayev imzalayıb. Kontrakt SOCAR-ın Türkiyədəki “Star” neft emalı zavoduna Rusiya neftinin təchiz olunmasını nəzərdə tutur.

Sənəd bu il avqustun 23-də imzalanmış neft təchizatı haqqında Çərçivə Razılaşmasının şərtlərinə əsasən imzalanıb. Kontraktın şərtlərinə görə, 2018-ci ilin dekabr ayından etibarən 1 il ərzində zavodun 1 milyon ton neftlə təchiz olunması planlaşdırılır.
Xatırlatma

“SOCAR Turkey” şirkətinə məxsus olan “Star” neft emalı zavodu Türkiyədə İzmir şəhərinin yaxınlığında, Egey dənizinin sahilində yerləşir. “Star” neft emalı zavodunun istismara verilməsi bu ilin oktyabr ayına planlaşdırılır. Zavodun emal gücü ildə 10 milyon ton təşkil edəcək.

Zavodunun təməli 2011-ci il oktyabrın 25-də qoyulub.

Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri bu gün, sentyabrın 1-də başlanıb. Bu səfər çərçivəsində iki ölkə arasında ümumilikdə 16 sənəd imzalanıb.

XS
SM
MD
LG